Binəqədidə narkotik satışı ilə məşğul olan şəxs saxlanıldı – VİDEO

0
besinci-polis-bolmesi

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Elşad Quliyev saxlanılıb.

Bineqedi.info saytı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, onun üzərinə baxış zamanı çəkisi 1 kiloqram 10 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Elşad Quliyev şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə əlaqə yaradaraq narkotik vasitələri satmaq məqsədi ilə ondan alıb və sosial şəbəkələrdə satışını təşkil etmək istəyib.

Saxlanılan şəxs barəsində 5-ci PB-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Elşad Quliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin