Aprel döyüşlərinin Binəqədili qəhrəmanı

0
bineqedi-sehid
Fəxrəddin Seyfəddin oğlu Qurbanlı 1994-cü ildə Bakı şəhərinin Binəqədi rayonunda dünyaya göz açıb.
Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə orta təhsilini başa vurub.
O, 2011-ci ildə Azərbaycan Universitetinin “Sosial iş” ixtisasına qəbul olmuş, əlaçı və nümunəvi tələbə kimi kollektivin yaddaşında iz qoyub.
“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi, “SOS” Uşaq Kəndləri, UAFA (United Aid For Azerbaijan – Azərbaycana birgə yardım) kimi təşkilat və layihələrdə könüllü kimi fəalliyyət göstərib.
2015-ci ildə “Sosial iş” fakültəsindən məzun olaraq elə həmin ilin iyul ayında hərbi xidmətə yollanıb.
2016-cı il aprel ayının ilk günlərində təmas xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin