Binəqədili gənclər şəhidimizin məzarını ziyarət etdilər – Fotolar

0
elcin-ezizov-sehid-bineqedi
Əzizov Elçin Əvəz oğlu 1985-ci il mart ayının 31-i anadan olub. Məktəbi bitirdikdən sonra 2002-ci ildə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinə qəbul olub. 2002-ci ildə atasının vəfatından sonra Elçin, bacısı və qardaşı ilə birlikdə 1998-ci ildən Nizami rayonunda yerləşən Azərsutikinti xəstəxanasının yataqxanasında məskunlaşmışdı. Universiteti bitirdikdən sonra, 2006-cı ildə Azərbaycan Respublikası Daxili Qoşunların hərbi hissəsində hərbi xidmətdə olub. Hərbi xidmətdə olduğu müddətdə Azərbaycanın Milli Qəhrəmanı Şəhid Mübariz İbrahimovla birlikdə döyüş yolu keçiblər. Xidməti uğurla başa vuran Elçin 2007-ci ildə təxris olunur. Elçin 2008-ci ildə dayısı qızı ilə ailə həyatı quran Elçinin bu evlilikdən 3 övladı dünyaya göz açır: Yusif, Duyğu və ailənin sonbeşiyi Uğur.
2012-ci ildə Elçin Sərhəd Qoşunlarının çevik hərəkət dəstəsində gizir rütbəsi ilə işə başlayan Elçin ilk illərdən kollektivin rəğbətini qazanır. 2016-cı ildə gedən aprel döyüşlərində Elçin könüllü olaraq döyüşdə iştirak etmək istəyir və döyüşə yollanır göstərdiyi qəhrəmanlıq, igidliyə görə 2018-ci ildə ölkə başçısı tərəfindən “Vətən Uğrunda” medalı ilə təltif edilir və baş leytenant rütbəsi alır. Bir il sonra eyni gündə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilir. 2020-ci ilin sentyabr ayının 27- də vətənimizin müdafiəsi uğrunda başlayan müharibəyə Elçin də könüllü yollanır və Murovdağ, Füzuli rayonun Böyük Bəhmənli kəndi istiqamətində gedən döyüşlərdə iştirak edir. Oktyabr ayının 13-ü yaralı yoldaşlarının köməyinə gedərkən Əzizov Elçin Əvəz oğlu iş yoldaşı Əliyev Malik Təvəkkül oğlu ilə birlikdə Cəbrayıl rayonu ərazisində zirehli maşında düşmən raketinə tuş gələrək, qəhrəmancasına Şəhidlik Zirvəsinə ucalır. Elçin 2020-ci il oktyabr ayının 15-i II Fəxri Xiyabanda Azərbaycan himninin sədaları altında dəfn edilir.
Dövlət Sərhəd Xidmətində xidməti zamanı –
1.“Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi” (1918-2013) yubiley medalı. DSX rəisinin əmri 26.06..2013
2.“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” (1919-2014) yubiley medalı. DSX rəisinin əmri 18.08.2014
3.“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal. DSX rəisinin əmri 26.06.2018
4.“Hərbi xidmətlərə görə” medalı. AR Prezidentinin sərəncamı 16.08.2019
5.“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” (1919-2019) yubiley medalı. DSX rəisinin əmri 18.08.2019
6.“Vətən uğrunda” medalı. AR Prezidentinin sərəncamı 16.08.2018
Baş leytenant Elçin Əzizov ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı, “Vətənə xidmətə görə” III dərəcəli ordeni, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə YAP Binəqədi rayon Təşkilatının Gənclər Birliyinin fəalları, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşları Əzizov Elçin Əvəz oğlunun doğum günü münasibətilə onun məzarını ziyarət ediblər.
Bir ayakta, açık hava ve anıt görseli olabilir
Bir 1 kişi, ayakta, açık hava ve anıt görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar, anıt ve açık hava görseli olabilir

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin