Secluk Bayraktardan Prezident İlham Əliyevə hədiyyə – Fotolar

0
selcuk-bayraktar-ilham-aliyev

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktarı və “ASELSAN” şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edib.

Bununla bağlı Prezidentin mətbuat xidməti məlumat yayıb.

İlham Əliyev S. Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib. Bu barədə tvitter hesabında yazan Bayraktar bundan şərəf və qürur hissi duyduğunu vurğulayıb.

Azərbaycanda səfərdə olan Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar rəsmi tvitter səhifəsində Prezident İlham Əliyevlə görüşü haqda paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, görüş zamanı çəkilmiş fotoları da izləyiciləri ilə bölüşüb. Fotolardan birində diqqətçəkən məqam Prezident İlham Əliyevə özəl gödəkçənin hədiyyə edilməsidir. Prezidentə təqdim edilmiş gödəkçənin bir tərəfində Türkiyə bayrağı, digər tərəfində isə dövlət başçısının ad-soyadı əks olunub.

S. Bayraktar sözügedən paylaşımında həmçinin İlham Əliyev tərəfindən “Qarabağ” ordeninə layiq görülməkdən şərəf və qürur hissi duyduğunu vurğulayıb.



BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin