Binəqədinin qəhrəman oğlu – şəhid Ayhan Haqverdiyev

0
ayhan-haqverdiyev-bineqedi-sehid
Haqverdiyev Ayhan Akif oğlu 2002-ci il mart ayının 28-də Bakı şəhəri, Nəsimi rayonunda anadan olub. 2004-cü ildə isə ailəsi ilə birlikdə Binəqədi rayonuna köçüblər.
2008-ci ildə Cəbrayıl rayonu Əsgər Veysəlov adına Sirik kənd orta məktəbinin birinci sinifinə daxil olub.
Ayhan istər uşaqlıq, istərsə də məktəb dövründə də öz qorxmazlığı, igidliyi ilə seçilirdi. 2020-ci il sentyabr ayının 27-də mənfur erməni təxribatlarının qarşısını almaq və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Ayhan da öz canı, qanı bahasına döyüşlərdə iştirak edib.
O, Füzuli istiqamətində gedən döyüşlərdə, Qaraxanlı kəndində “3 Təpə” deyilən ərazidə 30 sentyabr 2020-ci il tarixində ağır yaralanıb.
Yaralandıqdan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılsa da, 4 gün komada qalan Ayhan 4 oktyabr tarixində şəhadətə qovuşub.
O, Binəqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində böyük xalq izdihamı ilə dəfn edilib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Ayhan Haqverdiyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən Uğrunda” medalları ilə təltif edilib.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, YAP Binəqədi rayon Təşkilatının Gənclər Birliyinin fəalları, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin, Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin və digər əməkdaşlar şəhidimiz Haqverdiyev Ayhan Akif oğlunun doğum günü münasibətilə onun məzarını və ailəsini ziyarət ediblər.
Bir 2 nəfər və qızılgül görseli olabilir
Bir 2 nəfər, ayakta duran insanlar, abidə və açıq Havada görseli olabilir
Bir ayaqda, çiçək və açıq Havada görseli olabilir

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin