Binəqədidə “Memorial Abidə Kompleksi”nin açılışı oldu – Fotolar

0

Binəqədi rayonunda Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirələrinin əbədiləşdirilməsi məqsədilə Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleksin yerləşdiyi parkda yenidən qurma və bərpa işləri aparılıb. 

Bineqedi.info-ya verilən məlumata görə, torpaqlarımızın azadlığı və müstəqilliyi, bütövlüyü uğrunda öz canlarından keçən Binəqədi şəhidlərinin xatirəsinə “Memorial Abidə Kompleksi” ucaldılıb.

Tədbirdə karantin qaydalarına uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov, Sevinc Süleymanova, RİH başçısı aparatının İctimai siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Qəsəbə Ərazi İnzibati Dairəsinin nümayəndələri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyəti yer alıb.

Daha sonra Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları “Novruz bayramı” ərəfəsində rayon ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban komplekslərində dəfn olunmuş şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Bineqedi.info


BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin