Rayon yolları bağlanmadı – Karantin rejiminin müddəti isə 1 iyunadək uzadıldı

0
karantin-postu-polis-yoxlama-din

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar siyahısında rayon yollarının bağlanması ilə bağlı müddəa yoxdur.

Nazirlər Kabineti xüsusi karantin rejiminin uzadılması və aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar qəbul edib.

Nazirlər Kabinetinin Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarı imzalanıb.

Bineqedi.info xəbər verir ki, qərarda deyilir:

“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın”.

Qərara əsasən, aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;

10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;

17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;

24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;

may saat 00:00-dan 3 may saat 06:00-dək;

8 may saat 00:00-dan 10 may saat 06:00-dək;

15 may saat 00:00-dan 17 may saat 06:00-dək;

22 may saat 00:00-dan 24 may saat 06:00-dək;

29 may saat 00:00-dan  31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Prezidentin köməkçisi Şahmar Mövsümov da bu gün brifinqdə 9 günlük bayram tətilində yalnız ictimai nəqliyyat və karantin rejiminin uzadılması ilə bağlı qərar verildiyini bildirib.

Bir neçə gündür sosial şəbəkələrdə Novruz bayramı ərəfəsində şəhərlərarası gediş-gəlişin dayandırılacağı ilə bağlı məlumatlar yayılmışdı. Amma həmin məlumatlar təsdiqini tapmadı.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin