Bineqedi.info saytının baş redaktoru Hikmət Həsənov Vətən müharibəsi dövründə xidmətlərinə görə təltif edildi – FOTO

0
hikmet-hesenov-teltif

Bineqedi.info saytının baş redaktoru, uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışmış, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Həsənov Hikmət Məhəmməd oğlu Vətən müharibəsi dövründə göstərdiyi xidmətlərə görə təltif edilib.

Bineqedi.info saytı xəbər verir ki, Hikmət Həsənov “N” saylı hərbi hissənin Fəxri fərmanı ilə təltif olunub.

Bineqedi.info saytının baş redaktoru Vətən müharibəsi dövründə hərbi hissənin şəxsi heyətinə göstərdiyi maddi və mənəvi dəstəyə görə Fəxri Fərmana layiq görülüb.

Hikmət Həsənova Fəxri fərmanı Hərbi hissənin qərargah rəisi – hərbi hissə komandirinin müavini F. Əliyev təqdim edib.

Məlumat üçün bildirək ki, Hikmət Həsənov Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması və dövlət sərhədlərinin mühafizəsi zamanı arxa cəbhədə xüsusi xidmətlər göstərmiş soydaşlarımızdan biridir.

O, vətənpərvər Azərbaycan vətəndaşı olaraq həm müharibə dövründə, həm də ondan sonrakı dövrdə daim aktiv fəaliyyətlə məşğul olub.

44 gün ərzində insanlarda vətənpərlik ruhunun daha da gücləndirilməsi, əsgərlərimizin və onların ailələrinin daha da ruhlandırılması ilə bağlı da xidmətlər göstərib.

Həmin dövrdə Ordumuzun uğurlu əməliyyatları ilə bağlı insanların informasiyalarla təmin olunmasında da rəhbəri olduğu saytın timsalında üzərinə düşənləri maksimum səviyyədə yerinə yetirib.

H. Həsənov bir ziyalı olaraq şəhidlərimizin dəfnində iştirak edib, onların ailələrinin kədərini bölüşüb, Ordumuzun ehtiyacı olmasa da, əlindən gəldiyi qədər yardımların göndərilməsi və çatdırılması işində köməkliklər göstərib.

Müharibədə yaralanmış qazilərimizlə keçirilən görüşlər, həmin görüşlərin ictimailəşdirilməsi, şəhid ailələrinin ziyarət olunması, bu barədə məlumatların cəmiyyətə çatdırılması, şəhidlərimizin, onların döyüş yolu ilə bağlı məlumatların ictimailəşdirilməsi də Hikmət Həsənovun vətənpərvər bir Azərbaycan ziyalısı kimi həyata keçirdiyi işlərin bir hissəsidir.

Hikmət Həsənov daim cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanında olub, onların siyasətini dəstəkləyib.

Fəaliyyətini cənab Prezidentin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi siyasətə uyğun müəyyənləşdirən Hikmət Həsənovun bundan sonra da bu istiqamətdə mühüm işlər görəcəyinə onu tanıyan hər bir kəs inanır və əmindir.

İnanırıq ki, digər vətənpərvər insanlar kimi Hikmət Həsənovun da fəaliyyəti bundan sonra da dövlətimiz tərəfindən yüksək qiymətləndiriləcəkdir.

Bineqedi.info saytının jurnalist kollektivi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin