Binəqədidə bir-birinə bitişik yeddi ev yandı – Fotolar

0

Bakının Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi 19 ünvanında yerləşən Humanitar Kollecin yataqxanasının həyətindəki yeddi evdə yanğın baş verib.

Bineqedi.info saytı apa-ya istinadən xəbər verir ki, yanğın bir evdən başlayıb və digərlərinə də keçib.

Evlər taxta konstruksiyalardan ibarət olduğu üçün yanğının miqyası qısa zaman ərzində genişlənib. Evlərdən altısı Ramiz Əliyevə, digər bir ev isə onun oğluna məxsusdur. Ümumilikdə isə evlərdə beş ailə yaşayırmış.

Yanğın nəticəsində evlər içərisindəki bütün əşyalarla birlikdə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin beş yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Sakinlərin dediyinə görə, yanğın elektrik xətlərindəki qısaqapanmadan qaynaqlanıb.


BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin