Binəqədidə “Könüllülük – xalqa və dövlətə xidmət örnəyi” adlı dəyirmi masa keçirilib – Fotolar

0

“Miqrasiya Könüllüsü” İctimai Birliyi və YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin könüllülərinin birgə təşkilatçılığı ilə “Könüllülük – xalqa və dövlətə xidmət örnəyi” adlı dəyirmi masa keçirilib.

Bineqedi.info-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov səmimi görüşdən məmnunluğunu ifadə edib. Bildirib ki, qədim zamanlardan təşəkkül tapmış könüllülük fəaliyyəti hazırda daha geniş vüsət alıb.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə göstərdiyi xüsusi diqqətin nəticəsidir ki, gənclər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə könüllü kimi iştiraka daha çox maraq göstərirlər. Bu onların əmək vərdişlərinə və qanunvericilik bazasına yiyələnmələri baxımından təqdirəlayiqdir.

Qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu bildirən YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini, YAP könüllüləri qrupunun rəhbəri Anar Əliyev gələcəkdə Miqrasiya könüllüləri ilə təcrübə mübadiləsinin aparılmasının, birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətinə toxunub.

“Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Aydan Haşımova Dövlət Miqrasiya Xidməti tərəfindən könüllülərin fəaliyyətinin stimullaşdırılması istiqamətində atılan addımlardan danışıb. Həmçinin Miqrasiya könüllülərinin sosial layihələri-pandemiya dövründə aztəminatlı ailələrə yardım və əcnəbilərə tibbi qoruyucu vasitələrin paylanması kampaniyalarından bəhs edib.

O da vurğulanıb ki, 44 günlük Vətən müharibəsi müddətində fəallığı ilə seçilən Miqrasiya könüllüləri Müzəffər Ordumuzun rəşadəti və xalqımızın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə də töhfələrini veriblər. Daha sonra Miqrasiya Könüllüsü İctimai Birliyinin departamentlərinin fəaliyyətindən danışılıb.

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin