Media nümayəndələri Ağdama səfər ediblər – Fotolar + VİDEO

0
hikmet-haciyev-media

Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə media rəhbərləri və sosial media fəalları işğaldan azad edilən Ağdam rayonuna səfər ediblər.

Bineqedi.info saytı xəbər verir ki, bir qrup media rəhbərləri və sosial media aktivistləri işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər. Heyət geniş tərkiblidir.

Heyətdə ölkədəki bütün televiziya, agentlik, əksər sayt və qəzet rəhbərləri, həmçinin çoxlu sayda blogger və sosial media aktivisti təmsil olunur.

Onlar əvvəlcə Minatəmizləmə Agentliyinin əməkdaşlarının minatəmizləmə əməliyyatları ilə tanış olublar.

Daha sonra ermənilər tərəfindən basdırılmış və Agentlik əməkdaşları tərəfindən aşkarlanan minalar partladılaraq zərərsizləşdirilib.

Bineqedi.info

Media nümayəndələri Ağdama səfər edib

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin