Binəqədidə “Yeni Azərbaycan Partiyası – Zəfərlərə aparan yol” adlı tədbir keçirilib – Fotolar

0
bineqedi-rayon-icra-hakimiyyeti
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 28-ci ildönümü və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Yeni Azərbaycan Partiyası – Zəfərlərə aparan yol” adlı onlayn formatda tədbir keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Milli Məclisin üzvü Kamaləddin Qafarov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov, Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının Şura və İdarə Heyətinin üzvləri, əməkdaşları, ərazi ilk partiya təşkilatının sədrləri və fəalları, Binəqədi rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayı barədə ətraflı bəhs etdi. Qurultayda ölkə Prezidenti, partiyanın sədri cənab İlham Əliyevin geniş məzmunlu, konseptual əsaslara söykənən nitqi, gündəlikdə duran məsələlər və davamlı islahatlara səbəb olacaq qərarlar haqqında məlumat verdi.
Ramiz Göyüşovun sözlərinə görə, Yeni Azərbaycan Partiyası və partiyanın rayon təşkilatı olduqca çətin və keşməkeşli bir şəraitdə yaranıb. O zaman dövlətimizin və xalqımızın ciddi təhlükələrlə və sınaqlarla üz-üzə aldığı bir vaxtda xalqın inam və etibarı, təkidli xahişi ilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis olunması müstəqillik tariximizin ən parlaq səhifələrindən biridir. Partiyanın yaradılması, daha sonralar onun ətrafında xalqımızın ziyalı, maarifpərvər, vətənpərvər insanlarının toplanması böyük uğurların və zəfərlərin qazanılmasına gətirib çıxardı. Beləliklə, Yeni Azərbaycan Partiyası və partiyanın Binəqədi rayon təşkilatı olduqca şərəfli bir yol keçdi. Sevindirici haldır ki, bu gün partiyamız dövlət başçısı, partiyanın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, yeni-yeni islahatlara və qələbələrə imza atır.
Daha sonra slaydlar vasitəsilə ötən illər ərzində görülən işlərin geniş hesabat məruzəsi ilə çıxış etdi. Rayon təşkilatı tərəfindən keçirilən tədbirlər barədə məlumat verərək ideoloji işlərin qurulması, ərazi ilk partiya təşkilatları ilə əlaqələrin daha da sıx qurulması istiqamətində həyata keçirilən islahatlardan bəhs etdi. YAP Binəqədi rayon təşkilatının sədri partiya üzvlərinin bundan sonrakı fəaliyyətləri dövründə də dahi şəxsiyyət Heydər Əliyev ideyalarına sədaqətli olacaqlarını və ölkəmizin çiçəklənməsi uğrunda daim çalışacaqlarını və öz töhfələrini verəcklərini bildirib. Çıxışında həmçinin ölkə Prezidenti, YAP-ın sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən danışdı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun misilsiz rəşadətindən, torpaqlarımızın işğladan azad olunmasında qürurla bəhs etd. Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində uğurlarımızın bundan sonra da davam edəcəyinə əminliyini ifadə etdi. Ramiz Göyüşov çıxışının sonunda bütün partiya üzvlərini əlamətdar günlər münasibətilə təbrik etdi.
YAP Binəqədi rayon təşkilatının sədr müavini Tünzalə Zeynalova çıxışında partiya sıralarında qüurula təmsil olunduğunu vurğulayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyasının dövlətimizin və xalqımızın həyatındakı əvəzsdiz rolundan danışdı. Məhz ümummilli liderin rəhbərliyi ilə yaradılan partiyanın dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı uğurlara imza atdığını, ölkəmizin gələcək inkişafının təminatçısına çevrildiyini söylədi.
Millət vəkili Kamaləddin Qafarov partiyanın çətin dönəmlərdə yarandığını bildirib. 1990-cı illərin əvvəllərində ölkəni idarə edən şəxslərin yarıtmaz fəaliyyəti nəticəsində ölkəmizin uçuruma yuvarlandığını, ciddi təhlükələrlə üz-üzə qaldığını söylədi. Xalqımızın ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb etdiyini, 1993-cü ildə Heydər Əliyevin Azərbaycanı xilas etməsinin Azərbaycan tarixində mühüm bir hadisə olduğunu bildirib. Millət vəkili həmçinin ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı üçün misilsiz xidmətlər göstərdiyini və bu siyasətin bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Azərbaycanın dünyada artan nüfuzunu, ölkəmizin hərtərəfli inkişafını məhz dövlət başçısının düşünülmüş, uzaqgörən siyasətinin nəticəsi adlandırdı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçsının birinci müavini İlqar Süleymanov çıxışında bu əlamətdar hadisə münasibətilə xalqımızı və bütün partiya fəallarını təbrik etdi. Qeyd etdi ki, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Öz əməlində ümummilli liderimiz Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəfləri – qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır. Bu prinsiplər dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan siyasi xəttin əsas hissəsini və prioritet istiqamətini təşkil edir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov, Sevinc Süleymanova isə çıxışlarında bildirdilər ki, ulu öndərimizin 1992-ci ilin noyabrında yaratdığı Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi, ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın əldə olunması proseslərində daim ön cərgədə olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbəri olduğu partiya Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olaraq Azərbaycanın bütün sahələrdə dinamik inkişafına öz mühüm töhfələrini verir.
Tədbirin sonunda YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup şəxs Fəxri Fərmanla təltif edildi.
Tədbir bəii hissə ilə başa çatdı. Binəqədi rayonu 126 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Fidan Allahverdiyevanın ifasında Hüseyn Arifin “Analar” şeirini səsləndirildi.
bineqedi-rayon-icra-hakimiyyeti1

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin