Cümə axşamı, Oktyabr 21, 2021
Ev Manşet

Binəqədinin igid oğlu – şəhid Əmirşah Əmirli

0
bineqedi-sehi-emirli-emirsah
Əmirli Əmirşah Səttar oğlu 8 mart 2002-ci ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olub.
2008-ci ildə 306 saylı tam orta məktəbin 1-ci sinifə daxil olub, 7-ci sinifdən sonra təhsili dini kollecdə davam etdirib.
Əmirli Əmirşah 2020-ci ilin aprel ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə yollanıb.
28 oktyabr 2020-ci ildə Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Əmirşah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, YAP Binəqədi rayon Təşkilatının əməkdaşları, İcra Hakimiyyəti Başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərid Cəfərov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Ələkbər Mustafayev və Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova və digər əməkdaşlar şəhidimiz Əmirli Əmirşah Səttar oğlunun doğum günü münasibəti ilə onun məzarını və ailəsini ziyarət ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Bir 6 nəfər, ayakta duran insanlar və açıq Havada görseli olabilir
Bir 1 nəfər, ayakta və açıq Havada görseli olabilir
Bir 1 nəfər, ayakta və açıq Havada görseli olabilir

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin