Binəqədi rayonunda şəhid ailələrinin ziyarəti davam edir – Fotolar

0
bineqedi-sehid-ailesi-ziyaret

Binəqədi rayonunda şəhid ailələrinin ziyarəti davam edir.

Bineqedi.info saytı xəbər verir ki, növbəti belə ziyarət zamanı “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Cabbarov Orxan Rövşən oğlunun ailəsini ziyarət edilib.

Belə ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi RİH başçısı Aparatının və YAP Binəqədi Rayon Təşkilatı aparatının əməkdaşları “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Binəqədi nümayəndəliyinin sədri Yasəmən Qəyyumlu, “Dostluq Ticarət Mərkəzi” və “Tayqa Ticarət Marketlər” şəbəkəsinin nümayəndələri ilə birlikdə Vətən Müharibəsi zamanı qəhrəmancasına ən ali zirvə – şəhidlik zirvəsinə ucalan şəhidimiz, 2016-cı il aprel döyüşlərində və Vətən Müharibəsi zamanı gedən döyüşlərdə savaşmış, qəhrəman hərbi qulluqçu, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş, “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Cabbarov Orxan Rövşən oğlunun ailəsi ziyarət olunub və ailənin qayğı və problemləri ilə maraqlanılıb.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin