YAP-ın VII qurultayı keçirilib, İlham Əliyev yenidən sədr seçilib

0
ilham eliyev

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib.

Prezident İlham Əliyev yenidən Yeni Azərbaycan Partiyasının (YAP) sədri seçilib.

Bu barədə YAP-ın bu gün keçirilən qurultayında qərar qəbul edilib.

Qurultayda həmçinin YAP-ın Siyasi Şurası ləğv olunub.

Qurultayda Veteranlar Şurası yaradılıb.

Şuraya 35 nəfər üzv seçilib.

Sədr isə qocaman YAP-çı Arif Rəhimzadə olub. Əvvəlki İdarə Heyətindən və Siyasi Şuradan uzaqlaşdırılan yaşlı YAP-çılar Veteranlar Şurasında cəmlənib.

Bundan əlavə, yeni İdarə Heyəti yaradılaraq 40 nəfər üzv seçilib. Yeni İdarə Heyətinin tərkibi əsasən, YAP-ı Milli Məclisdə təmsil edən şəxslərdən formalaşdırılıb.

Qurumun Siyasi Şurası buraxılıb və yeni Nəzarət Təftiş Komissiyası yaradılıb.

Komissiyanın tərkibi 35 nəfərdən ibarət olacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin