Binəqədidə motosikletlə avtomobil toqquşdu, xəsarət alan var

0
motosikl

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Akademik Zərifə Əliyeva adına Göz Klinikasının yaxınlığında avtomobillə motosiklet toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü, 1994-cü il təvəllüdlü Həsənli İsmayıl Səfər oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma diaqnozu qoyulub.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin