Binəqədi sakinləri Prezidentə yazırlar – MƏKTUBLAR

0
prezident-ilham-eliyev

Prezident İlham Əliyevə vətəndaşlardan təşəkkür və dəstək məktubları gəlməkdə davam edir. 

Bineqedi.info saytı həmin məktubları təqdim edir:

Möhtərəm cənab Prezident,

Sizin daxili və xarici siyasətinizi biz hər zaman dəstəkləmişik və elə bunun nəticəsidir ki, bu gün xalqımız sevinc hissi ilə möhtəşəm qələbə əzmini yaşayır. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizin Azərbaycan Televiziyasına müsahibənizi böyük maraq və diqqətlə izlədim, çox qürurlandım. Siz daim xalqın yanında olduğunuzu bir daha göstərdiniz. Bildirmək istəyirəm ki, bu xalq da Sizinlədir, biz Sizin həmişə arxanızdayıq, cənab Prezident!

Mən qürurla söyləyə bilərəm ki, mən və mənim dostlarım bu haqq yolunda Sizin yanınızdayıq və Sizə böyük uğurlar arzulayırıq. Biz Sizinlə fəxr edirik və Sizə güvənirik. Əmin olun ki, xalqımız Sizi çox sevir! Biz son nəfəsimizədək Sizinləyik!

Hörmətlə,

Məmmədov Orxan

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

***

Əziz və sevimli Prezidentim!

Mən “Evrika” liseyinin 4-cü sinif şagirdiyəm. Dərslərimi çox yaxşı oxuyuram, “əla” qiymətlər alıram.

Doğma torpaqlarımızın azad olunmasına görə mən çox sevinirəm. Hətta Zəfər Paradında da atamla birlikdə iştirak etmişəm. Mənim ən böyük arzum Sizi yaxından görmək və tanış olmaqdır.

Mən həmişə dərslərimi yaxşı oxuyacaq, Vətənimə layiqli övlad olacağam.

Sizə cansağlığı, uzun ömür arzulayıram. Sizi çox sevirəm.

Hörmətlə,

Bədirli Banuçiçək, şagird.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

***

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

İkinci Qarabağ müharibəsində göstərdiyiniz qətiyyətli mövqeyinizə, möhkəm iradənizə, böyük zəfər uğrunda fədakar əməyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Mən fəxr edirəm ki, azərbaycanlıyam.

Mən Qubadlı şəhərindən məcburi köçkün kimi doğma torpaqlarımızın işğaldan azad edilməsinə çox sevinirəm. Həmin ərazilərdə aparılacaq abadlıq və quruculuq işlərində yaxından iştirak etməyə, fəaliyyət göstərməyə hər an hazır olduğumu bildirmək istəyirəm. Doğma Qubadlıda məskunlaşıb yaşamağı böyük səbirsizliklə gözləyirəm.

Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür arzulayır, gələcək fəaliyyətinizdə böyük uğurlar diləyirəm.

Hörmətlə,

Məmmədov Vüqar Çərkəz oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

***

Müzəffər Ali Baş Komandan!

Sizi və bütün Azərbaycan xalqını böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. Allah Sizi və ailənizi daim qorusun! Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm.

Sizin rəhbərliyiniz altında şücaətli Ordumuz işğalda olan torpaqlarımızı illər sonra düşmən tapdağından azad etdi və bu qalibiyyət bütün azərbaycanlılar üçün əsl bayramdır. Xalqımızın Sizə olan inamı və güvəni sonsuzdur. Kimsə bu inamı qıra bilməz. Sizin kimi rəhbərimiz, Ali Baş Komandanımız olduğu üçün çox şanslıyıq. Bu zəfəri bizlərə yaşatdığınız üçün Sizə dərin təşəkkürümü bildirirəm. Sizin “dəmir” yumruğunuz sayəsində düşmən öz həddini bildi və anladı ki, Qarabağ Azərbaycandır.

Bir daha Sizi və Azərbaycan xalqını şanlı zəfərimiz münasibətilə səmimi qəlbdən təbrik edir, dövlətimizin inkişafı naminə qarşıdakı fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Hörmətlə,

Əhmədov Zahir Musa oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin