Binəqədi rayonunda şəhid ailələrinin ziyarəti davam edir – FOTOLAR

0
bineqedi-sehid

Binəqədi rayonunda şəhid ailələrinin ziyarəti davam edir.

Bineqedi.info saytı xəbər verir ki, növbəti belə ziyarətlər şəhidlərimiz Həmdəm Mayıl oğlu Ağayevin və Rufiz Şirzad oğlu Budaqovon ailəsinə təşkil olunub.

Belə ki, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi RİH başçısı aparatının və YAP Binəqədi rayon təşkilatı aparatının əməkdaşları “Mister fix” və “İTM” şirkətinin nümayəndələri ilə birlikdə Vətən müharibəsi zamanı qəhrəmancasına ən ali zirvəyə – Şəhidlik zirvəsinə ucalmış igidlərimiz Həmdəm Mayıl oğlu Ağayevin və Rufiz Şirzad oğlu Budaqovon ailələrini ziyarət edilib.

bineqedi-sehid1

Görüş zamanı şəhidlərin qəhrəmanlıqlarından, şərəfli döyüş yollarından bəhs olunub, onların ailələrinin qayğı və problemləri ilə maraqlanılıb.

Bineqedi.info

bineqedi-sehid2

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin