Binəqədidə yeni layihə öz işinə başlayıb

0
bineqedi-layihe-basla
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “BAŞlA3!” GƏNCLƏR MƏKTƏBİ layihəsi artıq öz işinə başlayıb.
Bineqedi.info saytına verilən məlumata görə, 15 fevral tarixində layihənin açılış mərasimi keçirilib.
25-dən çox gəncin iştirak etdiyi layihənin açılış mərasimində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, layihənin koordinatoru Aytac Abbasova, təlimçilər Mahmud Məmmədzadə, Ofelia Əliyeva, Aytən Natiqli və Eltac Cəbiyev iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Ələkbər Mustafayev gəncləri təbrik edib, onlara uğurlar arzu etmiş, daha sonra layihə koordinatoru Aytac Abbasova layihə haqqında ətraflı məlumat verib.
Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin