Binəqədi Gənclər evi ötən il 20-dən çox layihə həyata keçirib – Fotolar

0
bineqedi-gencler-evi

Binəqədi Gənclər evi 2020-ci ildə “Könüllülər ili”nə həsr olunan layihələrə xüsusi yer verib. Gənclər arasında könüllülük hərəkatının inkişaf etdirilməsi üçün bir çox yeni layihələr reallaşıb.
Bineqedi.info saytı xəbər verir ki, Binəqədi Gənclər evindən bildiriblər ki, “Könüllülük akademiyası 3”, “Gənclərin onlayn yay liderlik məktəbi” layihələri vasitəsilə 150-dən çox gəncə könüllük prinsipləri aşılanıb, onlara motivasiya, marketinq, liderlik və digər mövzularda təlimlər təşkil olunub. Hər iki layihə Binəqədi Gənclər evinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə onlayn formatda keçirilib.
Gənclər və İdman Nazirliyi, “UNICEF Azərbaycan” və Binəqədi Gənclər evinin birgə təşkilatçılığı ilə icra olunan “Əsas həyat bacarıqları” (Basic life skills) layihəsi icra olunan müddətdə 50-dən çox gəncə onların gələcək həyatı üçün vacib olan fundamental bilik və bacarıqlar qazandırıb.
Karantin müddətində davam edən layihələrdən biri Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, UNICEF Azərbaycan, Hollandiyanın Azərbaycandakı səfirliyinin tərəfdaşlığı, Binəqədi Gənclər evinin təşkilatçılığı ilə keçirilən “Qızlar bacarır” layihəsi olub. Bu layihə vasitəsilə futbola marağı olan yeniyetmə qızlar cəlb edilib.
Psixoloji istiqamətdə Gənclər və İdman Nazirliyi, “UNICEF Azərbaycan”ın, “Psixoloji məsləhət” və Binəqədi Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə keçirilən “Başla” (Gənclər Məktəbi) layihəsi müddətində gənclərlə görüşlər təşkil olunub.
“Məqsədli karyera” layihəsində 100-dən çox gənc karyera planlamasında bələdçi olaraq iş həyatına hazırlanıb. “Maliyyə savadlılığı” layihəsi ilə gənclərin ehtiyacları və şəxsi büdcələrini düzgün planlamasına dəstək olunub. “Fəxri qonaq” və “Uğur hekayəm” layihələri çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən 50-dən çox mütəxəssislə görüşlər təşkil olunub. #BizBirlikdəGüclüyük aksiyası çərçivəsində karantin və müharibə dövründə qocalara, şəhid və qazi ailələrinə, yardıma ehtiyacı olanlara dəstək göstərilib.
Ötən il Binəqədi Gənclər evi ümumilikdə mindən çox gənci əhatə edən 25 layihə həyata keçirib. Cari ildə isə Vətən müharibəsində və Aprel döyüşlərində iştirak edən qazilərlə görüşlər, “Nizami ili”nə dair tədbirlər, “Könüllülük akademiyası”, “Başla” (Gənclər məktəbi), “Psixoloji diaqnostika” layihələri icra olunacaq.

Bineqedi.info

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin