Binəqədi rayonunda 7 mindən çox abonentin qaz təchizatı yaxşılaşdırılır

0

Paytaxtın Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində 7 350 abonentin qaz təchizatının yaxşılaşdırılması, təbii qaza olan tələbatın fasiləsiz və təhlükəsiz şəkildə təmin edilməsi məqsədi ilə istismar müddəti başa çatan qaz xəttinin yenilənməsi işləri həyata keçirilir.

Bineqedi.info saytı xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, vaxtı ilə polad boru ilə çəkilmiş qaz xətti diametri 250 mm, uzunluğu 828 metr olan polietilen boru ilə əvəz olunur. Bundan başqa, müxtəlif diametrli 400 metr uzunluğunda yan xətlərin çəkilməsi işləri də icra edilir. Təmir işlərinin qısa müddətdə başa çatdırılması məqsədi ilə sözügedən əraziyə çox sayda maşın-mexanizmlər və işçi qüvvəsi cəlb olunub.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin