Vətən müharibəsinin Binəqədili qəhrəmanı – şəhid Rəşad Ağayev

0
bineqedi-sehid

Vətən müharibəsinin qəhrəman şəhidi Rəşad Rövşən oğlu Ağayev 2 iyul 2000-ci ildə Bakı şəhəri Binəqədi rayonunda anadan olub.

2006-ci ildə 283 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub. Hərbiyə marağı elə həmin dövrlərdən başlayıb.

2016-cı ildə orta məktəbi bitirib, 7 saylı Bakı Peşə Liseyinə, 2018-ci ildə isə “STEP” Akademiyasının “Programist-dizayner” ixtisasına qəbul olub, 2019-cu ildə həmin Akademiyanı bitirib.

4 iyul 2019-cu ildə Mingəçevir şəhərinin N saylı hərbi hissəsinin XTQ-nın kəşfiyyat bölümündə hərbi xidmətə yollanıb.

Rəşad döyüşlərdə hər zaman ön sıralarda olub.

O, 2020-ci il iyul döyüşlərində də iştirak edib. Tapqaraqoyunluda, Talış yüksəkliyində, Təkər postu və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə və Suqovuşana ilk Azərbaycan bayrağının sancılmasında fəal iştirak edib.

Gərgin gedən döyüşlərin birində yaralanmasına baxmayaraq, yenidən döyüşlərə qoşulmuş və ön cəbhədə vuruşub.

Sonuncu dəfə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralı əsgər yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olub və Şəhidlik Zirvəsinə ucalıb.

Rəşad Ağayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin