Binəqədidə də bağçalar açılışa hazırlaşır – Fotolar

0
bineqedi-bagca

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən fevralın 15-dən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

Bineqedi.info saytı xəbər verir ki, uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür.

Bununla əlaqədar BŞİH-nin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

15 fevral tarixindən Binəqədi rayonunda da məktəbəqədər təhsil müəssisələrində tədris bərpa olunacaq. Bununla əlaqədar olaraq Binəqədi rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində təmizlik, dezinfeksiya işləri aparılır.

Fotoları təqdim edirik.

bineqedi-bagca

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin