Binəqədidə qalib gələn və fərqlənən şagirdlərin təltifetmə mərasimi keçirilib

0
bineqedi-mukafatlandirma
Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Vətən Müharibəsi – Qarabağ Zəfəri” adlı inşa müsabiqəsinin Binəqədi rayon turunda qalib gələn və fərqlənən şagirdlərin təltifetmə mərasimi keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbənin baş məsləhətçisi Amal Əsgərov və müsabiqədə fərqlənən sagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova qalibləri 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək, inşa yazı müsabiqəsində xüsusi fəallıq göstərdiklərinə görə onlara təşəkkür edib. Bildirib ki, bu cür tədbirlərdə iştirak etmək şagirdlərin dünyagörüşü və bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edir.
Müsabiqədə fəal iştirakına görə Binəqədi rayonu, 301 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Həmidli Nəzrin, Binəqədi rayonu, 297 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Əliyev Polad, Binəqədi rayonu 276 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Cəlilli Fidan, Binəqədi rayonu 300 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Əliyeva Fidan, Binəqədi rayonu, 30 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Babayeva Səma təltif edildirlər.
Müsabiqədə 1-ci yerin qalibi: Binəqədi rayonu, 3 saylı tam orta məktəb 8-ci sinif şagirdi Namazlı Nuray
Mövzu: “Vətən müharibəsi – Qarabağın azad olunması”
2-ci yerin qalibi: Binəqədi rayonu 144 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Xubanova Aida
Mövzu: “Şuşa əməliyyatı – musiqi beşiyinin azad olunması”
3-cü yerin qalibi Binəqədi rayonu, 284 saylı tam orta məktəbin 10-cu sinif şagirdi İsmayılzadə Şükran
Mövzu: “Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusu”
Müsabiqədə qalib olan iştirakçılar müvafiq yerlər üzrə diplom və “Bakı Kitab Mərkəzi”nin hədiyyə kartları ilə mükafatlandırılıblar.
Bineqedi.info 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin