Binəqədidə “Qalib ölkənin gəncləri” adlı onlayn tədbir keçirilib

0
ramiz-goyusov-bineqedi
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 02 Fevral – “Azərbaycan Gəncləri Günü” münasibətilə “Qalib Ölkənin Gəncləri” adlı onlayn tədbir keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, toplantıda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva, II Qarabağ Müharibəsi Qazisi Ruslan Şıxıyev, rayonumuzun məktəbinin məzunu olmuş, Ankara Dövlət Universitetinin tələbəsi Cəlal Həsənli və rayonda keçirilən tədbirlərdə fəallıq göstərən gənclər iştirak ediblər.
Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev iştirakçıları salamladı və Vətən müharibəsində ölkəmizin azadlığı və müstəqilliyi yolunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Namiq Tarverdiyev 02 Fevral – “Azərbaycan Gəncləri Günü”nün tarixi önəmindən söz açdı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışaraq, torpaqlarımızın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş oğullarımızın əziz xatirəsini ehtiramla yad edərək, yaralı əsgərlərimizə tezliklə sağlıqlarına qovuşmağı arzu etdi. Qələbə sevincinin qürurunu bizə yaşatdıqlarına görə Ali Baş Komandan İlham Əliyevə, müzəffər ordumuza minnətdarlığını bildirdi. Gənclərimizə gələcək fəaliyyətlərində uğurlar arzu etdi.
Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək Azərbaycanda 2 Fevral- “Azərbaycan Gəncləri Günü” nün 25 ildir ki, hər il möhtəşəm şəkildə qeyd olunmasını, pandemiya şəraitinin gətirdiyi çətinliklərə baxmayaraq yenə böyük ruh yüksəkliyi ilə təşkil olunduğunu vurğuladı. Natiq bütöv Azərbaycanın gəncləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə göstərdiyi xüsusi diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi və gənclərə vətənimizin parlaq gələcəyi naminə görüləcək işlərində uğurlar arzu etdi.
Toplantıda Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla aparılan Gənclər siyasəti, son 17 ilin uğurları və 44 günlük Vətən münaribəsində gənc Azərbaycan əsgərinin qələbəsindən və gənclərin gələcəkdə də üzərlərinə düşən vəzifələrin öhdəsindən uğurla gələcəklərindən bəhs edərək, bayram münasibəti ilə gəncləri təbrik etdi.
Binəqədi rayon Gənclər Evinin direktoru Ələkbər Mustafayev, “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva, II Qarabağ Müharibəsi Qazisi Ruslan Şıxıyev və Ankara Dövlət Universitetinin tələbəsi Cəlal Həsənli çıxış edərək, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətlərindən və Azərbaycan gənclərinin cəmiyyətin inkişafındakı rolundan danışdılar.
Sonda rayonun gənclər siyasəti, ictimai, sosial və mədəni həyatında xüsusi fərqlənən bir sıra istedadlı gənclər mükafatlandırıldı.
bineqedi-gencler-idman

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin