Binəqədili müəllim ”İdman Ustası” adına layiq görülüb – Foto

0
bineqedi-subhan-humbetov
Binəqədi rayonu 306 nömrəli tam orta məktəbin baş fiziki tərbiyə müəllimi Hümbətov Sübhan Hüseyn oğlu Gənclər və İdman Nazirliyi tərəfindən ”İdman Ustası” adına layiq görülüb.
Bineqedi.info saytına verilən məlumata görə bu, Sübhan müəllimin ilk uğuru deyil.
Hümbətov Sübhan dəfələrlə beynəlxalq tədbirlərin qalibi olub, 2018-ci ildə Azərbaycanda və Gürcüstanda keçirilən beynəlxalq turnirində və İtaliyada Dünya Koreya Döyüş Sənətlərinə daxil olan Hapkido döyüş növü üzrə keçirilən dünya çempionatında 75 kiloqram çəki dərəcəsində 1-ci yerə çıxaraq dünya çempionu adını qazanıb.
Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin