Xırdalanda güclü partlayış baş verib – Foto+Video

0
xirdalan-partlayis

Abşeron rayonu, Xırdalan şəhərində evdə partalayış olub.

Hadisə şəhərin mərkəz hissəsində baş verib.

Partlayışdan sonra evdə yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 6 nəfər çıxarılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Bu barədə hadisə yerində olan Abşeronun icra başçısı İradə Gülməmmədova bildirib.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, bir avtomobil də dağıntılar altında qalaraq yararsız hala düşüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin