Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısı bu məktəb rəhbərlərini Fəxri Fərmanla təltif etdi

0

Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının Sərəncamı ilə 276 saylı tam orta məktəbin direktoru Bəhram Şiriyev 65 illik və 157 saylı tam orta məktəbin direktoru Gülayə Səttarova 70 illik yubiley münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə Fəxri Fərmanla təltif edilib.

Bineqedi.info saytına verilən məlumata görə, Rayon İcra Hakimiyyəti Başçısının adından mükafatları məktəb rəhbərlərinə rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova təqdim edib.

bineqedi-sevinc-suleymanova

Təltif zamanı direktorlarla 1 fevral 2021-ci il tarixindən etibarən məktəblərdə dərs prosesinin bərpası ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra Sevinc Süleymanova hər iki məktəbin direktoruna şərəfli fəaliyyətlərində uğurlar arzu edib.

Sonda hər iki məktəbin direktoru rayonun digər orta məktəb rəhbərləri adından Binəqədi Rayon İcra Hakimiyyəti Başçısına onları daim diqqətdə saxladıqları üçün öz dərin minnətdarlıqlarını bildiriblər.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin