Fevralın 1-dən tədris əyani formada bərpa olunur – Nazir təfərrüatları açıqladı

0
emin-emrullayev-tehsil-naziri

“Fevralın 1-dən etibarən mərhələli şəkildə təhsilin bərpa olunmasına qərar verilib. İbtidai təhsil və məktəbəqədər təhsil qismən bərpa olunur”. 

Bineqedi.info xəbər verir ki, bunu brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, dərslər Bakı, Sumqayıt və Abşeronda həftədə 3, sıxlığın az olduğu yerlərdə isə həftədə 4 və ya 5 dəfə əyani formada keçiriləcək.

Fevralın 1-dən sonrakı iki həftə ərzində 5-9-cu siniflərdə dərslərin qismən bərpa olunması üçün qərarların verilməsi nəzərdə tutulur.

E. Əmrullayev bildirib ki, bu, ölkədə COVİD-19 virusuna yoluxma statistikasından asılı olacaq.

Nazir bildirib ki, 5-9-cu siniflər və orta təhsilin digər səviyyələri ilə bağlı qərarlar fevralın 8-də və ya 15-də verilə bilər. Burada tarix yoluxma statistikasından asılı olaraq dəyişəcək.

“Sosial mediada dərslərin niyə həftədə 3 dəfə keçirilməsi barədə suallar verilir”.

Pandemiyaya görə bir partada 2 şagird otura bilmir: “Buna görə də siniflər bölünür və artıq həftədə 5 dəfə dərs keçmək mümkün olmur. Pandemiya şəraitində ən vacib olan sıxlığın idarə olunmasıdır. Verilən qərarlar yaradıcılıqdan yox, zərurətdən yaranıb. Amma bütün məktəblərdə sıxlıq eyni deyil. Məktəblərin yarısında şagird sayı 20-dən çox deyil. Ölkədə cəmi 315 sinifdə 40-dan çox şagird var, o siniflərlə ciddi problemimiz olacaq. Amma bu siniflər ölkədəki şagirdlərin 0,4 faizini təşkil edir”.

Nazir bildirib ki, 5-9-cu siniflər və orta təhsilin digər səviyyələri ilə bağlı qərarlar fevralın 8-də və ya 15-də verilə bilər. Burada tarix yoluxma statistikasından asılı olaraq dəyişəcək.

Pandemiya dövründə 1 milyon şagird onlayn təhsildən aktiv istifadə edib. Həftədə 6 milyon dərs keçirilib.

Emin Əmrullayev deyib ki, hazırkı şəraitdən asılı olaraq, on minlərlə şagird keyfiyyətli təhsil ala bilməyib: “Bu, bizim seçimimiz yox, pandemiya şəraitində mümkün olan ən yaxşı nəticədir. Keyfiyyətli təhsil ala bilməyən şagirdlər teledərslərdən yararlana bilərlər”.

“Fevralın 1-dən kurslar və repetitorluq fəaliyyətinə icazə verilməsi mümkün ola bilər”.

Nazir bildirib ki, kurslar sahibkarlıq subyektidir: “10 nəfərdən artıq toplanmamaqla bu fəaliyyətə icazə verilə bilər”.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin