Binəqədi sakinləri Prezidentə yazırlar – Məktublar

0
prezident-ilham-eliyev-mehriban-eliyeva

Prezident İlham Əliyevə vətəndaşlardan təşəkkür və dəstək məktubları gəlməkdə davam edir. 

Bineqedi.info saytı həmin məktubları təqdim edir:

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, İlham Heydər oğlu Əliyev!

İcazə verin, Sizə dərin ehtiram və sonsuz sevgimizi çatdıraq. Sizin qətiyyətli siyasətiniz nəticəsində bu gün ölkəmizdə şanlı tarix yazılır. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızı, dədə-babalarımızın millətimizə miras qoyub getdiyi doğma Qarabağımızı geri qaytarmısınız. Qarabağın işğaldan azad edildiyi barədə xəbəri Sizdən eşidəndə sevincimizin həddi-hüdudu olmadı. Bu tarixi dövrə biz uşaqları şahid etdiyinizə görə, bizə böyük Vətən sevgisini aşıladığınıza görə çox sevinirəm. Sizin sayənizdə hər gün bir daha Vətənin hər qarışını qorumağın nə qədər vacib olduğunu öyrənirik. Bu sevinci və fərəhi bizə bəxş etdiyinizə görə dərin minnətdarlığımızı bildiririk. Bir azərbaycanlı olaraq uzaqgörən siyasətinizi, liderliyinizi dəstəkləyirik.

Hörmətli Ali Baş Komandan, biz gənclər daim əmrinizi gözləyir, ölkəmizin ərazi bütövlüyü uğrunda mənfur düşmənə qarşı döyüşməyə hər an, hər dəqiqə hazır olduğumuzu bildiririk.

Yaşasın, müstəqil Azərbaycan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Qiyaslı Mirkamil Mahir oğlu,

Texniki Humanitar liseyin 7-ci sinif şagirdi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

***

Hörmətli cənab Prezident!

Erməni işğalı altında olmuş Azərbaycan torpaqlarının Sizin Ali Baş Komandanlığınız altında Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində işğaldan azad olunması və tarixi Vətənimizin bütövlüyünün bərpa edilməsi Sizin apardığınız uğurlu daxili və xarici siyasətin nəticəsidir. Bu Qələbə münasibətilə Sizi bir Çernobıl əlili kimi şəxsən öz adımdan və ailəm adından təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayıram.

Azərbaycan əsgərinin Sizin komandanlığınız altında göstərdiyi şücaət hərb tarixinə qızıl hərflərlə yazılacaq, igid sərkərdə kimi Sizin adınız Azərbaycan xalqının hünər, fəxr yeri olacaqdır.

Bir daha Uca Tanrıdan Sizə həyatda ən şirin nemət olan cansağlığı arzulayıram.

Hörmətlə,

Məmmədov Təvəkkül Nasir oğlu, Çernobıl əlili.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

***

Hörmətli cənab Prezident,

30 il həsrətində olduğumuz torpaqlarımızı 44 günə azad etdiyinizə görə Sizə minnətdarlıq bildirir, cansağlığı və xoşbəxtlik arzulayıram.

Qarabağın belə qısa müddətə azad olunması bizim üçün bir möcüzədir. Buna görə də Azərbaycan tarixinə yenilməz sərkərdə kimi düşdünüz. Siz ulu öndərimiz Heydər Əliyev kimi heç vaxt unudulmayacaqsınız. Ümummilli liderimiz daim xalqın qəlbindədir.

Mən 4 kitab müəllifiyəm. Mən də şeirlərimdə Sizin şücaətinizi, igidliyinizi vəsf edirəm.

Alqışa layiqsən

Ata Heydər nəsihətin,

Sən yerinə yetirdin.

Vətəni azad etdin,

Cənab İlham Əliyev!

Nə dedinsə, sən etdin,

Hələ gözəl günlər vardır.

Xalqın gələcəyində,

Qələbə bayramıdır

Müstəqil vətənimdə.

Qisas aldın öz əmrinlə,

Nizami Orduna əhsən.

Azərbaycan torpağının,

Şücaətli oğlusan, sən.

Dəmir yumruğunla tarixdə,

Yaşayasan sonadək.

Xalq Sizinlə qürur duyur,

Qalib Vətənimizdə.

Xalidəyəm, diləyim var,

Möhkəm vuran ürəyim var.

Allah bizi etməsin xar,

Azad olaq Vətəndə.

Gözün aydın, Azərbaycan

Gözün aydın, Azərbaycan!

Zəfər çaldı Ordumuz.

Şuşalı səhər açıldı,

Bayram etdi yurdumuz.

Cənab Ali Baş Komandan,

Uca tutdu başını.

Dedi: – Vətən, təbrik sənə,

Azad oldu Qarabağ!

Şuşa qalası Pənahəli xandan nişanədir,

O Sərkərdə qurubdur xanımanı.

İyirmi səkkiz il həsrət qaldıq,

Şükür, şanlı Ordumuz zəfər çaldı.

Dirçələcək yenə də,

Xarı bülbül gülləri.

Çəmənzara dönəcək,

Azərbaycan elləri.

Qədim Bərdədə doğuldum,

Yaradandan razıyam mən.

Əslim Şuşalıdır mənim,

Vətənə bağlıyam mən.

Hörmətlə,

Bağırova Xalidə

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

***

Hörmətli Prezidentimiz İlham Əliyev!

Mən bu məktubu yazmaqla Vətən müharibəsində qazandığınız Qələbəyə görə Sizi ürəkdən təbrik edirəm. 2020-ci il bizim tariximizə qızıl hərflərlə yazılacaq. Bu tarixi Siz yazdınız, cənab Prezident. Ona görə də bütün xalqımız Sizi dəstəkləyir. Mən və mənim ailəm Sizi ürəkdən sevir, hər gün Sizin çıxışlarınıza qulaq asırıq. Siz hər bir insanın, həm qocaların, həm də uşaqların qayğısına qalırsınız.

Hörmətli Prezident! Mən 2009-cu il yanvarın 20-də anadan olmuşam. Bu qanlı yanvar günü olduğu üçün valideynlərim bir dəfə də olsa ad günümü keçirməyib. Sizin rəbərliyinizlə bizim Şanlı Ordumuz tökülən qanların əvəzini çıxdı. Biz qalib gəldik. Artıq Qarabağ bizimdir. Buna görə də 20 yanvarda ilk dəfə mənim ad günüm qeyd olunacaq.

Hörmətlə,

Cəfərli Mehdi Azad oğlu, şagird.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu. 

***

Müzəffər Ali Baş Komandan.

Mən Sizinlə və Sizin rəhbərlik etdiyiniz dövlətin vətəndaşı olmağımla fəxr edirəm. Sizi dünyalar qədər çox istəyirəm. Nə yaxşı ki, varsınız. Biz azad ölkənin xoşbəxt vətəndaşlarıyıq.

Böyüklərimin dediklərindən bilirəm ki, Azərbaycan heç vaxt indiki kimi qüdrətli, güclü və geniş imkanlara sahib olmayıb. Elə bu qüdrətin, bu gücün sayəsində biz qalib xalqa çevrildik.

Əziz Prezidentimiz, Sizi möhkəm qucaqlayıb, bərk-bərk öpürəm.

Hörmətlə,

Leyla Mirzəyeva

Şagird

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi. 

***

Müzəffər Ali Baş Komandan, cənab İlham Heydər oğlu Əliyev.

Mən və ailəm həmişə Sizinlə və dəyərli ailənizlə fəxr etmişik. Allah Sizi millətimizin, torpaqlarımızın üstündə həmişə var eləsin. Siz bizə dəyərli şəxsiyyət, ulu öndər Heydər Əliyevin yadigarısınız.

Bu cür çətin zamanda Siz torpaqlarımızı işğaldan azad etdiniz, unudulmaz bir tarix yazdınız.

Eşq olsun Azərbaycan xalqına, eşq olsun cənab İlham Əliyevə!

Qarabağ Azərbaycandır! Yaşasın İlham Əliyev!

Mən fəxr edirəm ki, azərbaycanlıyam.

Hörmətlə,

Arifli Yusif Adil oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi.

***

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Mən Qarabağ müharibəsi əlili, vətənpərvər qarabağlı kimi torpaqlarımızın erməni faşistlərindən uğurla azad etdiyinizə, böyük zəfərin qazanılmasındakı xidmətlərinizə, tarixi ədaləti bərpa etdiyinizə görə Sizə minnətdarlıq edirəm.

Siz Vətənimizin bir parçası olan Qarabağımızın şəhər və kəndlərini – Şuşanı, Kəlbəcəri, Laçını, Ağdamı, Füzulini, Zəngilanı, Cəbrayılı, Hadrutu, Suqovuşanı və digər ərazilərimizi 30 illik həsrətdən sonra əsl sahiblərinə – bizə qaytardınız. Buna görə Siz bizim Fatehimiz, əvəzolunmaz Liderimizsiniz. Yorulmaz siyasi fəaliyyətinizə, hərbi sahədəki şücaətlərə və qəhrəmanlıqlara görə Sizin qarşınızda baş əyirik.

Ağdam rayonu Şıxbabalı kəndinin sakinləri, o cümlədən ailə üzvlərim adından, həmçinin döyüş yoldaşlarımın adından Sizə və komandanlıq etdiyiniz müzəffər Ordumuza səmimi təşəkkürlərimizi bildiririk.

Sizə gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar, tarixi qələbələr və böyük zəfərlər arzulayırıq!

Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralı qazilərimizin tezliklə sağalmalarını arzulayırıq.

Tanrı Sizi və xalqımızı qorusun!

Hörmətlə,

Sərdar İsmayılov

Ağdam rayonundan məcburi köçkün, II qrup Qarabağ müharibəsi əlili

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

***

Əziz Prezidentimiz!

Bizim ailəmiz hamılıqla Sizinlə qürur duyur. Çünki Sizin başçılıq və idarəçiliyiniz sayəsində torpaqlarımız işğaldan azad olundu. Biz Sizə çox təşəkkür edirik. Mən və Bakı şəhər 201 nömrəli orta məktəbin şagirdləri Sizi təbrik edirik. Biz Sizinlə fəxr edirik. Allah Sizə cansağlığı versin.

Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Məmmədova Şəhrazad Məhəmməd qızı, şagird.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin