Binəqədi rayon 276 №-li məktəbin direktorunun doğum günüdür

0
behram-siriyev-mekteb-direktor
Bakı şəhəri Binəqədi rayon 276 №-li məktəbin direktoru “Əməkdar müəllim” Bəhram Şiriyevin doğum günüdür.
Şiriyev Bəhram Qəzənfər oğlu 6 yanvar 1956-cı ildə Astara şəhərində anadan olmuşdur. 1963-cü ildə I sinfə qəbul olmuş və 1973-cü ildə Astara şəhər 1№-i orta məktəbi bitirmişdir. 1975-ci ildə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun hazırlıq şöbəsinə daxil olmuşdur. 1976-1978- ci illərdə Ukrayna Respublikasında orduda xidmət etmişdir. Ordudan sonra yenidən təhsilini davam etdirmiş, 1984-cü ildə İnstitutu bitirmişdir. 1982-1987-ci illərdə Bakı şəhəri 5№-li orta məktəbdə pioner baş dəstə rəhbəri, tərbiyə işləri üzrə təşkilatçı və təlim–tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1987-1988-ci illərdə Nəsimi rayon Təhsil şöbəsində metodist işləmişdir. 1988-1989-cu illərdə Bakı şəhəri Kirov rayonu Ayıqlıq uğrunda mübarizə cəmiyyətinin məsul katibi olmuşdur. 1989-1991-ci illərdə Binəqədi rayonu 182№-li tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır. 1991-1994-cü illərdə Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində işləmişdir. 1994-1997-ci ildə Binəqədi rayonu 284 №-li orta məktəbin direktoru vəzifəsində işləmişdir. 1997-ci ildən 2001-ci ilədək Binəqədi rayonu 246 №-li orta məktəb-liseyin direktor vəzifəsində işləmişdir. 2001-ci ildən Bakı şəhəri 276 №-li məktəbinin direktorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin