Bu şəxslərə verilən Prezident təqaüdü artırıldı – Şəhid ailələrinə verilən aylıq təqaüd isə 500 manat oldu

0
prezident

Azərbaycan Prezidenti İlham Əliyev “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edib.

Bineqedi.info xəbər verir ki, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə əlillik dərəcəsindən asılı olaraq verilən Prezident təqaüdünün məbləği artırılıb:

Belə ki, məbləğ müvafiq olaraq, 250-dən 400 manata,  230-dan 350 manata, 210-dan 300 manata qədər artırılıb.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Prezidenti İlham Əliyev “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında da dəyişikliklər edib.

Dəyişikliyə əsasən şəhid ailələri üçün nəzərdə tutulan Prezident təqaüdünün məbləği artırılıb. Belə ki, bundan sonra sözügedən ailələrə 300 manat yox, 500 manat Prezident təqaüdü veriləcək.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin