Binəqədidə pirotexniki maddələr satan şəxslər saxlanıldı

0

Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində silsilə tədbirlər davam etdirilir.

Bineqedi.info DİN-ə istinadən xəbər verir ki, növbəti belə tədbir Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxtın Binəqədi rayonunda keçirilib. Biləcəri qəsəbəsində mağazalardan birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını təşkil edən vətəndaş Anar Abdulxalıqov saxlanılaraq Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə gətirilib. Həmin şəxsin fəaliyyət göstərdiyi mağazaya baxış keçirilən zamanı pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Növbəti analoji fakt da Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsində aşkarlanıb. Qəsəbə ərazisində yerləşən vətəndaş Ülvi Vəliyev priotexniki vasitələrin satışını həyata keçirərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gətirilib. Saxlanılan şəxslərin hər birindən aşkar olunan pirotexniki vasitələr müsadirə olunub. Faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və toplanan materiallar müvafiq qərar verilməsi üçün məhkəmə orqanlarına göndərilib.

Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar edildikləri təqdirdə onlar barəsində ciddi intizam tədbirləri həyata keçiriləcəkdir.




BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin