Binəqədidə “Dövlətçiliyimizin müasir uğurları və inkişaf perspektivləri” adlı videokonfrans keçirilib

0
bineqedi-rayon-icra-hakimiyyeti3
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dövlətçiliyimizin müasir uğurları və inkişaf perspektivləri” adlı videokonfrans keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, konfrans başlamazdan öncə İrəvan Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin cənab prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən “Sən özün memar oldun” adlı filmi nümayiş etdirilib.
bineqedi-rayon-icra-hakimiyyeti2
Konfransı giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov konfrans iştirakçılarını salamladı və onları tarixi qələbəmiz münasibətilə təbrik edib.
Bildirib ki, bu gün çox əlamətdar bir gündür. Prezident, Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyevin doğum günüdür. Dövlət başçısı ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində ulu öndər Heydər Əliyevin ideyalarına və siyasi strategiyasına daim sadiq qalaraq, onları yeni çalarlarla və müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirib. Məhz onun nəticəsidir ki, ölkəmiz bütün sahələr üzrə dayanıqlı inkişafa nail olub, dövlətimizin nüfuzu durmadan artıb. Ramiz Göyüşov daha sonra Qarabağ münaqişəsinin tarixinə toxunaraq bu barədə ətraflı məlumatlar çatdırdı. 30 ildən çox davam edən münaqaişənin məhz müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə öz həllini tapdığını qeyd etdi. Bu gün Qarabağ münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmaqla tarixi haqq, ədalət bərpa olundu. Bizə bu günləri yaşadan, tarixi zəfərimizə imza atan cənab prezidentə hər zaman minnətdarıq. Bundan sonra Qarabağı dirçəltməklə Azərbaycanı daha da inkişaf etmiş ölkəyə çevirəcəyik. Ramiz Göyüşov dövlət başçısını Yeni Azərbaycan Partiyası fəalları adından təbrik etdi, ən xoş arzularını bildirib.
YAP Binəqədi rayon təşkilatının sədr müavini Tünzalə Zeynalova çıxışında şəhid ailələrinə və qazilərimizə göstərilən dövlət və xalq dəstəyindən bəhs edib.
“YAŞAT” Fondunun yaradılmasından və fəaliyyətindən danışdı. 44 günlük Vətən müharibəsi ərzində və ondan sonra xalqımızın möhkəm birlik və həmrəylik göstərməsindən danışdı. Qarabağın azadlığına şahidlik etməyin hər bir vətəndaşımız üçün böyük qürur və fəxr olduğunu vurğulayaraq bu qalibiyyəti xalqımıza bəxş edən Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürünü bildirdi, doğum günü münasibətilə təbrik edib.
Konfransda çıxış edən ərazi ilk partiya təşkilatının sədri Adil Həmidov və digərləri öz fikirlərini bölüşərək, dövlət başçısına doğum günü təbriklərini çatdırıblar. Adil Həmidov Qarabağdakı tarixi qələbəmizdən bəhs edən yeni şeirini səsləndirib.
bineqedi-rayon-icra-hakimiyyeti1
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında dövlət başçısı cənab İlham Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs etdi. Tarixi torpaqlarımızın işğaldan azad edilməsini tariximizin ən parlaq səhifəsi adlandırdı. Cənab Prezidentin Şuşanın işğaldan azad olunduqdan sonra xalqa müraciətində qeyd etdiyi “Xoşbəxt oğulam ki, ata vəsiyyətini yerinə yetirdim” fikirlərini böyük qürurla səsləndirdi. Ümummilli lider Heydər Əliyevin ruhunun şad olduğunu bildirdi. Dövlət başçısının doğum günü münasibətilə təbrik edərək ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətindəki fəaliyyətində uğurlar arzu etdi. Tədbirə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov yekun vuraraq Binəqədi rayon ictimaiyyəti adından prezidentimiz cənab İlham Əliyevi ad günü münasibətilə təbrik etdi.
bineqedi-rayon-icra-hakimiyyeti
Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin