Binəqədi sakinləri Prezidentə yazırlar – Məktublar

0

Prezident İlham Əliyevə vətəndaşlardan təşəkkür və dəstək məktubları gəlməkdə davam edir. 

Bineqedi.info saytı dövlət başçısının rəsmi saytına son dövrlər Binəqədi rayonundan göndərilmiş məktubların bəzilərini olduğu kimi təqdim edir:

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi başda qoca ata və anam olmaqla bütün ailə üzvlərim adından 30 illik üzücü məğlubiyyətdən sonra erməni qəsbkarlarının üzərində çaldığınız Zəfər münasibətilə təbrik edirəm!

Bildirmək istərdim ki, oğlum müharibənin ilk günündən cəbhədə olmuşdur. Təsəvvür etmək çətin deyil ki, bu 44 gün bizim ailə, eləcə də ölkəmizin bütün xalqları üçün necə gərgin, həyəcanlı keçdi. Oğlum sağ-salamat öz hərbi hissəsinin tərkibində dislokasiya olunduğu yerə qayıtdı. Oğlumun sağ-salamat qayıtmasına görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. Belə ki, Siz Ali Baş Komandan olaraq imkan vermədiniz əsgərlərimiz düşmən topları üçün canlı sipər olsunlar. Düşmən yəqin gözləyirdi ki, bizim əsgərlər hücuma keçəcək və onlar dağın başında uzunmüddətli atəş nöqtələrində oturub əsgərlərimizi məhv edəcəklər. Gözlədikləri olmadı. Allah şəhidlərimizə rəhmət eləsin. Biz əks-hücum edib az itki ilə qalib olduq, düşmən isə müdafiədə dəfələrlə çox itki verdi və məğlub oldu. Məhz Sizin rəhbərliyiniz ilə aparılan islahatlar, ultra müasir silahlarla təchizat az itki verməyimizə səbəb oldu.

Cənab Prezident, Allah Sizi qorusun. Siz atamız, qardaşımız, oğlumuzsunuz. Görülməli işlər çoxdur, Sizinləyik!

Qarabağ artıq Azərbaycandır!

Hörmətlə,

İsmayılov İsmayıl İbrahim oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

***

Hörmətli cənab Prezident!

Siz hər il qeyd olunacaq 4 dekabr gününü Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr olunmuş xüsusi anım günü kimi yaddaşlarımıza həkk etdiniz. Bu gün biz ana Vətənimiz – Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən 2783 nəfər hərbi qulluqçunu böyük ehtiram, dərin hörmət hissi ilə andıq.

2783 nəfər sinəsini sipər edən qəhrəman, 2783 yarımçıq ömür, 2783 həyata keçməyən arzu, 2783 gözüyaşlı ana…

Bu tarixin yadda qalan bir məqamı da odur ki, Vətən müharibəsi şəhidlərinin anım gününün ikonası “Xarı Bülbül” oldu. Dünyanın çox yerində bitməyən xarı bülbül təbiətin möcüzələrindən biridir. Xarı bülbül Şuşanın və ümumilikdə Qarabağın rəmzinə çevrildi. Sizin və müzəffər Azərbaycan Ordumuzun yorulmaz əməyi və gücü sayəsində Qarabağımız, Şuşamız azad olundu və gözəl Xarı bülbülümüz əsirlikdən azad olundu!

Hörmətli cənab Prezident, istərdim ki, Vətən müharibəsi şəhidlərinin anım gününün ikonası olan “Xarı Bülbül” medalı təsis olunsun, üzərində “Ana, mən şəhid oldum” yazısı yazılsın və bu medalla ancaq canlarını Vətən uğrunda qurban verən şəhidlərimizin anaları təltif olunsun. Qoy bu medal şəhid analarını fərqləndirən bir nişan olsun. Qoy ətrafda olan hər kəs müqəddəs analara hörmətlə yanaşsın. Qoy ürəklərinin üstündə daşıdıqları bu nişan şəhid analarımızı göylərə ucaltsın və cəmiyyətimizin hər bir üzvü bilsin ki, məhz bu anaların yetişdirdikləri igidlər bizə əsirlikdə olan, itirdiyimiz qürurumuzu qaytardılar, bizi özümüzə bağışladılar.

prezident-ilham-eliyev

Müzəffər Ali Baş Komandan!

Sizi və şanlı Azərbaycan Ordumuzu tarixi Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Allah Sizi, Vətənimizi və şanlı Ordumuzu qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin.

Yaşasın Qarabağ! Yaşasın bütöv Azərbaycan!

Hörmətlə,

Cəfərova Reyhan Fəhrat qızı,

Mərkəzi Elmi Kitabxananın ümumi şöbəsinin müdiri,

hüquq üzrə fəlsəfə doktoru,

Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

***

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi qətiyyətinizlə, siyasi iradənizlə, yüksək idarəçilik qabiliyyətinizlə və hümanizminizlə xalqımızı zirvələrə qadırdınız.

Möhtərəm Prezident, Sizin sayənizdə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi.

Bu zəfər bizim ailəmizdə də böyük sevinclə qarşılandı. Bu sevinci bizə yaşatdığınız üçün ailəmizin hər bir üzvü adından Sizə təşəkkürümü bildirirəm.

Sizin gənclərə göstərdiyiniz diqqət müharibə vaxtı daha da artdı. Aztəminatlı ailənin üzvü kimi Özünüməşğulluq Proqramına qoşuldum və öz biznesimi qurmaq üçün avadanlıqla təmin olundum. Buna görə də Sizə dərin minnətdarlığımı bildirirəm. Ailəmizə ikinci sevinci də yaşatdınız.

Sizinlə fəxr edirik.

Hörmətlə,

Mikayılov Vüqar Mobil oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

***

Hörmətli cənab Prezident.

Sizin Vətən müharibəsi dövründə istənilən siyasi platformada göstərdiyiniz şücaət, zəngin siyasi və hərtərəfli biliyiniz, yenilməz iradəniz, Vətənə və xalqa sevginiz biz gənclər üçün böyük bir məktəb yaratdı. Siz dərin bilik və düşüncəniz, qüsursuz natiqlik bacarığınız ilə bütün Qərb, Avropa və Amerikanın mətbuat nümayəndələrini susdurdunuz, doğma xalqımızın haqq səsini dünyaya yüksək səviyyədə və layiqincə çatdırdınız. Biz gənclər sevinirik ki, Sizin rəhbərlik etdiyiniz bütöv və şanlı Azərbaycanın vətəndaşı, həsrətlə gözlədiyimiz Qələbənin şahidləriyik. Nə xoş biz gənclərə ki, bu gün bütün dünyanın pandemiya ilə mübarizə apardığı çətin dövrdə, 44 günlük şanlı döyüşlərdə işğaldan azad olunan, müqəddəs torpaqlarımızı öz qanları və canları bahasına mənfur düşməndən xilas edən qəhrəman bacı və qardaşlarımızın, igid oğullarımızın həmvətəni və soydaşıyıq.

Bu müqəddəs anları, əvəzsiz duyğuları, biz gənclərin heç bir zaman görmədiyi, lakin görmək üçün səbirsizləndiyimiz doğma Qarabağımızı, tariximizi bizlərə qaytardığınız üçün Sizə və şanlı Ordumuza sonsuz minnətdarıq. Uca Yaradan Sizi və Azərbaycan xalqını qorusun.

Hörmətlə,

Mürsəlzadə Vəfa Mirlayiq qızı, Bakı Dövlət Universiteti, SABAH qruplarının məzunu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu. 

***

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Biz Sizinlə fəxr edirik. Fəxr edirəm ki, Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşıyam.

Azərbaycanın inkişafı naminə gördüyünüz bütün işlərə görə Sizə minnətdarlığımı bildirirəm. Vətəndaşlarımızın yaxşı yaşaması üçün hər cür şərait yaratmısınız.

Qarabağın azad olunmasına, Qələbə bayramını möhtəşəm hisslərlə yaşadığımıza görə də Sizə borcluyuq. Mən və ailəm Sizin ömürlük Prezidentimiz olmağınızı arzulayırıq.

Sizi çox sevirik. Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Məmmədova Lamiə Vəfa qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

***

Möhtərəm cənab Prezident.

Mən fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var. Otuz illik həsrətimizə son qoyduğunuza görə çox sağ olun. Eyni zamanda, rəşadətli Ordumuza minnətdarlığımı bildirirəm.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Bir ana kimi Sizə və rəşadətli Ordumuza duaçıyam. İstərdim ki, bizim ömürlük Prezidentimiz olasınız. Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Babayeva Kimya Zülfüqar qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu. 

prezident-ilham-eliyev-mehriban-eliyeva

***

Hörmətli cənab Prezident.

Xalqımız Sizi çox sevir, daim Sizin üçün dualar edir. Allah Sizi hər zaman qorusun. Nə yaxşı ki, bizim ölkəmizin başçısı məhz Sizsiniz. Sizinlə fəxr edirik. Bizə şanlı Qələbə günləri yaşatdığınız üçün ailə üzvlərimin adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımızı bildirirəm.

Ailəmizin ən kiçik yaşlı üzvü də Sizi çox sevir. Hər dəfə Sizi televizorda görəndə çox sevinir.

Mən tələbəyəm. Bir gənc olaraq Sizi tam dəstəkləyir, özüm üçün bir ucalıq hesab edir və bunun daim belə olacağını bildirirəm.

Hörmətlə,

Qəniyeva Elnarə Mübariz qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

***

Zati-aliləri, hörmətli cənab Prezident.

Bizi doğma vətənimiz Qarabağa qovuşdurduğunuza görə Hemofiliyalı Xəstələr İctimai Birliyinin üzvləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Biz fəxr edirik ki, Sizin kimi nümunəvi, şanlı tarix yazan Prezidentimiz var.

Cənab Prezident, biz də öz növbəmizdə 2020-ci il iyul ayında növbəti erməni təxribatı zamanı Qazax, Ağstafa, Tovuz və digər cəbhə bölgələrində yaşayan, laxtalanma pozğunluğundan əziyyət çəkən ağır pasiyentlərə dərman preparatlarının çatdırılmasında dəstək olduq. Bundan başqa, Vətən müharibəsi zamanı bir daha özümüzə borc bildik ki, səhiyyəmizə dəstək olaq və Qarabağ bölgəsində, Füzuli rayonunda yaşayan laxtalanma pozğunluğundan əziyyət çəkən ağır pasientlərə həyati əhəmiyyətli dərman preparatları çatdırdıq.

Məqsədimiz, müharibə dönəmində ağır xəstələri fəsadsız və itkisiz qoruyub saxlayaraq səhiyyəmizə, ümumilikdə dövlətimizə dəstək olmaqdır.

Bütün bunlarla yanaşı, arxa cəbhədə informasiya müharibəsində də fəal iştirak edərək bağlı beynəlxalq təşkilatlara mövcud durumla müraciətlər göndərilmiş, sosial şəbəkələrdə Azərbaycan həqiqətlərini və düşmən təxribatlarının dünyaya çatdırılmasına kömək etmişik.

Cənab Prezident, ilk gündən etibarən hər zaman Sizinləyik, Sizi dəstəkləyirik. Bundan sonra da Sizə və dövlətimizə dəstək olacağıq. Hər zaman var olun!

Hörmətlə,

Hüseynov Ayaz, Hemofiliya Xəstələr ictimai Birliyinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

***

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, yeni tarix yazan sərkərdə.

Sizin uzun illərdir Ulu Öndərimizin layiqli davamçısı olaraq məqsədyönlü şəkildə xalqımızın rifahı naminə yorulmadan apardığınız uzaqgörən daxili və xarici siyasətinizin bəhrəsini həmişə görmüşük. Biz Sizin öz xalqını sevən bir Lider olduğunuza daim inanmışıq.

İllərdir həsrətində olduğumuz, Azərbaycanın ayrılmaz hissəsi olan canımız Qarabağımız Sizin komandanlığınız və şanlı Ordumuzun şücaəti ilə 44 günlük döyüşlər nəticəsində işğaldan azad edildi.

Cənab Prezident, Kəlbəcər sakini, bir azərbaycanlı kimi bu Qələbəni millətimizə yaşadan Ali Baş Komandan olaraq Sizə və şanlı Ordumuza, şəhidlərimizə minnətdarıq. Hər bir azərbaycanlı Sizin apardığınız siyasətə daim dəstək olmalı və respublikamızın xoş gələcəyi naminə hər kəs öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

Azərbaycanın apardığı bu haqq işində bizə mənəvi dəstək olan Türkiyə Prezidenti başda olmaqla, bütün türk millətinə də minnətdarlıq edirik. Arzu edirəm ki, Sizinlə təbiətin cənnət guşəsi olan doğma Kəlbəcərimizdə görüşüb canlı olaraq Sizə minnətdarlığımı bildirim. Allaha şükürlər olsun ki, Azərbaycan xalqının dünya şöhrətli, unudulmaz şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndəri olub və onun layiqli davamçısı olan, bu gün Qələbə sevincini bizlərə bəxş edən İlham Əliyev kimi Ali Baş Komandanı var. Allah Sizə və ailənizə cansağlığı versin. Sizə gələcək işlərinizdə uğurlar arzu edirəm.

Dərin hörmətlə,

Əliyev Etibar Qaraş oğlu, Kəlbəcər rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

***

Cənab Müzəffər Ali Baş Komandan.

Qazanılan möhtəşəm Qələbəyə görə bütün ailəm adından Sizə təşəkkür edirəm. Nəhayət, mən bu yaşımda Qarabağımızı, Şuşan görmək imkanına malikəm. Bütün dünya Sizin müdrik və uzaqgörən siyasətinizə həsəd aparır.

Biz artıq bütöv Azərbaycanda yaşayırıq. Bu, Sizin və qüdrətli Ordumuzun sayəsində mümkün olub. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Allah Sizi qorusun. Siz Azərbaycanın döyünən ürəyisiniz. Allah Sizə yar olsun.

Cənab Prezident, əminik ki, bundan sonra da Sizin rəhbərliyinizlə yalnız qələbələrin şahidi olacağıq. Yaşasın Azərbaycanın qalib Prezidenti! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Tağıyeva Bahar Vüsal qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

***

Hörmətli Prezidentimiz.

Dünyada Sizin kimi müdrik lider, təmiz qəlbli Ali Baş Komandan görmədim. Bizim üçün Sizdən qüdrətli rəhbər, Prezident yoxdur. Buna görə də mən və ailə üzvlərim Sizə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsini və ömürlük Prezidentimiz olmağınızı istəyirik. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Fətəliyev Həbib Tofiq oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

***

Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandanımız.

Çox sağ olun ki, bizə bu gözəl və tarixi günləri yaşatdınız. Sizin rəhbərliyinizlə şanlı Azərbaycan Ordusu əsl qəhrəmanlıq dastanı yazaraq əzəli və tarixi torpaqlarımızı işğaldan azad etdi. Biz haqq-ədaləti xalqımızın dəstəyi və inamı ilə öz gücümüzə bərqərar etdik.

Cənab Prezident, Sizin sayənizdə Azərbaycanımız inkişaf edir və bundan sonra zirvələrə doğru daha məğrur addımlarla irəliləyəcəkdir.

Biz Sizinlə fəxr edir və qürur duyuruq. Siz “Qarabağ Azərbaycandır!” şüarını reallığa çevirdiniz. Çox sağ olun.

Hörmətlə,

Nəsibov Fərid Rasim oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu. 

***

Hörmətli cənab Prezident!

Mən Cəbrayıl rayonunun Maralyan kəndindənəm. Kəndimiz, kənddə olan evlərimiz ermənilər tərəfindən tamamilə dağıdılaraq talan edilsə də, işğalda olan torpaqlarımızı, Qarabağımızı əsirlikdən qurtardığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Əgər əlimdə imkanım olsaydı, mən Ermənistanı beynəlxalq məhkəməyə verərdim. Çünki onlar mənim uşaqlıq xatirələrimi, ata-baba yurdumu tamamilə məhv ediblər. İnanıram ki, Sizin rəhbərliyinizlə işğaldan azad olunmuş bütün torpaqlarımız yenidən firavan yaşayış məskəninə çevriləcək, canlanacaq və yenidən həyat bərpa olunacaq. Allah Sizə gələcək işlərinizdə kömək olsun. Mən Sizinlə fəxr edirəm, qürur duyuram. Nə yaxşı ki, mən azərbaycanlıyam, nə yaxşı ki, mənim Sizin kimi, həm yaraşıqlı, həm siyasətcil, həm humanist Prezidentim var. Mən ölkəmin birinci vitse-prezidenti çox hörmətli Mehriban xanımı da, Sizi də çox sevirəm.

Qeyd etmək istəyirəm ki, mənim qardaşım birinci Qarabağ müharibəsində şəhid olub. İndi rahatam ki, onun da qisası alındı. Uğrunda canını verdiyi Bayrağımız Qarabağda dalğalanır. Bizə bu sevinci yaşatdığınıza görə Sizə çox təşəkkür edirəm. Hər zaman kasıbın, kimsəsizin, ehtiyacı olanın yanında olan, köməyini əsirgəməyən hörmətli Mehriban xanıma və Sizə ömür boyu duaçıyıq. Allah Sizi və xalqımızı qorusun, haqq işinizdə kömək olsun.

Bu həyatda tək bir oğlumdan başqa heç kimsəm yoxdur, lazım gələrsə onu da Vətən uğrunda qurban verməyə hazıram. Ölkəmi, millətimi, dövlətimi və Bayrağımı çox sevirəm.

Hörmətlə,

Quliyeva Flora Həsən qızı,

Cəbrayıl rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

prezident-ilham-eliyev-bayraq-opur

***

Hörmətli Prezidentimiz!

Sizi və Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edir, Sizlərə möhkəm cansağlığı və uğurlar arzulayıram. Həmişə var olasınız, cənab Prezidentimiz.

Cənab Prezident, biz dekabrın 10-da keçirilən Zəfər paradını heç vaxt unutmayacağıq. Bayrağımız həmişə zirvələrdə dalğalansın. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Amin.

Çox qürur duyuram ki, mən Azərbaycanlıyam.

Yaşasın Azərbaycanın Ali Bas Komandanı! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı!

Hörmətlə,

Qədirova Turanə Eyvaz qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

 

 

 

 

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin