Binəqədi Rayon Məhkəməsi tikinti şirkətini 8 min manat cərimələndi

0
bineqedi-rayon-mehkemesi

“Xaçın Çay” Təmir-Tikinti Kooperativi ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə inzibati qaydada 8 min manat cərimə edilib.

Bineqedi.info saytı xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddəsi ilə təqsirli bilib.

“Xaçın Çay” Təmir-Tikinti Kooperativi qərardan apelyasiya şikayəti verib.

Bineqedi.info

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin