Bu simptomlu xəstələrə evdə nəzarət edilir

0
qrip-koronavirus-xeste

“Səhiyyə Nazirliyinin tapşırığı ilə (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçirilib. Belə ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00-dan 18:00-dək vətəndaşlara “COVID-19”la bağlı xidmətlər göstərilir”.

Bu barədə Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva  bildirib.

Onun sözlərinə görə, hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, evdə nəzarəti və vitamin kompleksi ilə təminatı poliklinikalar tərəfindən icra edilir: “Təcili tibbi yardım xidməti hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrdən laborator müayinə materialı götürür”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin