Zığdakı modul tipli xəstəxanada nə baş verib?

0
modul-tipli-xestexana-zig

Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasında qəza baş verməsi ilə bağlı məlumat yayılıb. Mediapost.az saytı xəbər yayıb ki, ötən gün 21:00 radələrində xəstəxananın oksigen stansiyasında partlayış qeydə alınıb. Hadisə nəticəsində bir neçə korpusda yerləşdirilən koronavirus xəstələrinin oksigen qəbul etməsində problem yaranıb. 

Məlumatda o da qeyd olunur ki, məlum səbəbdən xəstəxananın 16-cı korpusunda bəzi xəstələr həyatını itirib. Hadisədən qismən zərər görən şəxslər isə Saray qəsəbəsində yerləşən modul tipli xəstəxanaya köçürülüb.

“Qafqazinfo” məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva ilə əlaqə saxlayıb. O yayılan məlumatların əsassız olduğunu vurğulayıb: “Xəstəxanada heç bir qəza baş verməyib”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin