Ümumrespublika Forumunun onlayn Binəqədi rayon toplantısı keçirilib

0
bineqedi-rayon-icra-hakimiyyeti
16 dekabr 2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Biz Birlikdə Güclüyük!” şüarı ilə Azərbaycan Gənclərinin IX Ümumrespublika Forumunun onlayn Binəqədi rayon toplantısı keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, toplantıda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birlyinin sədrİ Fəsli Nəbiyev, xaricdə təhsil alan tələbələr və rayonun fəal gəncləri, könüllülər iştirak edib.
Toplantını giriş sözü ilə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev açaraq ölkəmizin Zəfər çaldığı bu günlərdə Azərbaycan Gənclərinin IX Ümumrespublika Forumunun tarixi önəmindən söz açıb.
bineqedi-rayon-gencler-idmanSonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova torpaqlarımızın azadlığı, müstəqilliyi yolunda şəhid olmuş oğullarımızın əziz xatirəsini yad edərək, Müstəqil Azərbaycanın uğurlu gələcəyi naminə fəaliyyətlərində gənclərə uğurlar arzulayıb.
Toplantıda Binəqədi Gənclər Evinin könüllüsü Sara Məlikova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birlyinin sədr müavini Anar Əliyev, Ankara Dövlət Universitetinin tələbəsi Cəlal Həsənli, Bakı Dövlət Universitetinin tələbəsi Mehin Novruzlu və Azərbaycan Respublikasının Prezident Yaninda Dövlət İdarəçilik Akademiyasının tələbəsi Nail Əliyev çıxış edərək ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətlərindən, könüllülük fəaliyyətindən və Azərbaycan gənclərinin cəmiyyətin inkişafındakı rolundan danışıblar.
Toplantının sonunda “Biz Birlikdə Güclüyük!” şüarı ilə Azərbaycan Gənclərinin IX Ümumrespublika Forumunun Bakı şəhəri üzrə zona toplantısına Binəqədi rayonu üzrə 58 nümayəndə seçilib.
Bineqedi.info
bineqedi-rayon-gencler-idman1

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin