Binəqədi sakinini döyüb pulunu aldılar – Polis cinayətkarları axtarır

0
yeddinci-polis-bineqedi

Bakının Binəqədi rayonunda polis quldurluqda şübhəli bilinən şəxsləri axtarır.

Rayon Polis İdarəsindən verilən məlumata görə, Mir Cəlal küçəsində üç nəfər 32 yaşlı Şəhriyar Aslanovu döyərək onun 3 min 500 manat pulunu alıblar.

Cinayətkarların şəxsiyyətləri müəyyənləşdirilib. Onlar yaxınlıqda kirayədə yaşayan Elton, Elnur və Şahin adlı şəxslərdir. Hazırda 7-ci Polis Bölməsinin əməkdaşları həmin şəxsləri axtarır.

Qeyd edək ki, son bir gündə paytaxtda iki quldurluq hadisəsi qeydə alınıb.oxu.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin