Rüstəm Muradov Hadrutdakı son vəziyyətdən danışdı

0
rustem-muradov-sulhmeramli

“Rusiya hərbçiləri atəşkəsin növbəti dəfə pozulmasının qarşısını alıblar”.

Bu barədə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov “RİA Novosti”yə açıqlamasında bildirib. O, Hadrut bölgəsindəki vəziyyəti şərh edərək son toqquşmalardan sonra vəziyyətin normallaşdığını deyib.

“Hazırda bu bölgədəki vəziyyət normallaşıb. Rusiyalı sülhməramlılar vəziyyəti daim izləyir və Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri ilə qarşılıqlı əlaqəni davam etdirirlər”,- deyə Rüstəm Muradov qeyd edib.

Xatırladaq ki, dekabrın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyi birgə məlumat yayaraq bildirmişdi ki, 2020-ci il noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdı.

Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb.qafqazinfo

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin