Binəqədidə evdə yanğın, dəm qazından ölüm hadisələri baş verib

0
mebel-sexi-yangin

Bakıda evdə yanğın hadisəsi baş verib.

Bineqedi.info saytı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 228 m² olan üçmərtəbəli evin birinci mərtəbəsində 3 ədəd məişət avadanlığı və mətbəx mebeli 3 p.m yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 1 m² sahədə qarsalanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Binəqədidə dəm qazından ölüm hadisəsi də baş verib.

Dekabrın 9-u saat 12 radələrində paytaxtın Binəqədi rayon ərazisində 1985-ci il Quluyev Pərviz Müzəffər oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin