“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hər üç şəxs üçün Prezidentin aylıq təqaüdü təyin edildi

0
milli-qehremanlar-serencam

Dünən Prezident İlham Əliyevin imzaladığı sərəncamla general-mayor Polad Həşimova, polkovnik İlqar Mirzəyevə və ehtiyatda olan baş çavuş İbad Hüseynova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Onlar üçün Prezidentin aylıq təqaüdü də təyin edilib.

Bineqedi.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, digər sosial təminat növləri kimi, “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdünün təyinatı da bu təqaüdə hüquq yaranan anda proaktiv xidmət olaraq elektron qaydada, avtomatik təyin olunur.

Bunun üçün vətəndaşın və ya ailə üzvlərinin müraciətinə və hər hansı sənəd təqdim etməsinə də ehtiyac qalmır.

Aylıq təqaüd (1500 manat) Milli Qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin