Binəqədidə avtomobillər toqquşdu, üç nəfər xəstəxanalıq oldu

0
bineqedi qeza

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bineqedi.info saytı oxu.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Qasımov Fəraiz Qasım oğlu və övladı, 1996-cı il təvəllüdlü Qasımov Nicat Fəraiz oğlu, habelə daha bir nəfər – sərnişin, 1995-ci il təvəllüdlü Əliyev Babək Rüfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin