Son günlər Binəqədidə baş verən hadisələr – Faktlarla bağlı araşdırmalar aparılır

0
bineqedi-yol-polisi-qeza

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Rayonun 8-ci mikrorayon ərazisində motosikletlə avtomobil toqquşub. Nəticədə motosikletin sürücüsü, 1996-cı il təvəllüdlü Bağırov Ümid Sultanağa oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Binəqədi rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İki avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Əliyev Kamil Elşən oğlu bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və sağ qolun sınığı diaqnozları qoyulub.

Binəqədidə baş verən digər bir hadisədə isə avtomobildən pul və qızıl-zinət oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində K. Nəsrullayevə məxsus avtomobildən 1140 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Teymurov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin