Binəqədidə vəzifəli şəxs koronavirusdan vəfat etdi – FOTO

0
Binəqədi rayon ictimaiyyətinə ağır itki üz verib.
Bineqedi.info saytına verilən məlumata görə, Biləcəri bələdiyyəsinin sədri İlham Məmməd oğlu Xəlilov 02 dekabr 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən ömrünün 62-ci ilində vəfat edib.
İlham Xəlilov 1958-ci ildə Şəmkir rayonunda anadan olub.
Əmək fəaliyyətinə 1975-ci ildə Biləcəri Lokomativ deposunda çilingər kimi başlamışdır. 1980-1986-cı illərdə Rostov Dəmir Yol İnstitutunda ali təhsil alan İlham müəllim 1992-1994, 2000-2006-cı illərdə “Vulkan” KM-direktor, 1994-2000-ci illərdə “Azərbaycan Dəmiryolları” Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə, o cümlədən bir müddət Bakı Dəmiryol Sərnişin stansiyasının rəisi vəzifəsində çalışmışdır.
İkinci, üçüncü və dördüncü çağırış bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü, 2004-2015- ci illərdə Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sədri, 2008-2015-ci illərdə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, 4 oktyabr 2018-ci il tarixdə Biləcəri bələdiyyəsinin ümumi iclasının qərarı ilə yenidən bələdiyyə sədri vəzifəsinə seçilmişdir.
Çalışdığı dövr ərzində Binəqədi rayonunda böyük hörmətə sahib olmuş İlham Xəlilovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik.
Allah rəhmət eləsin!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin