Binəqədidə daha bir nümunəvi addım – Fotolar

0
bineqedi-esger-yardim

Azərbaycanın şanlı ordusu Qarabağda tarix yazaraq, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Müzəffər ordumuz Azərbaycan xalqına qələbə sevincini yaşatdı.

Bineqedi.info saytı xəbər verir ki, Avrora Qrup Qızıl Aypara Cəmiyyəti ilə birlikdə hal-hazırda hərbi xidmətdə olan əsgərlərimizin ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıb, aztəminatlı ailələrə ərzaq yardımı edib.

Yardım aksiyası çərçivəsində Bakının Binəqədi, Biləcəri, Rəsulzadə qəsəbələrində yaşayan aztəminatlı əsgər ailələrinə ərzaq bağlamaları çatdırılmışdır.

bineqedi-esger-yardim1

Şirkət eyni zamanda hərbi xidmətə yollanan, vətənimiz üçün qəhrəmanlıq göstərən əməkdaşlarının ailələri ilə mütəmadi görüşür, onların qayğıları ilə maraqlanır. Maddi və mənəvi dəstək göstərir.

bineqedi-esger-yardim3

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin