Vüsar İsmayılov: “Azərbaycan həm hərb, həm də siyasət meydanında qələbə qazandı”

0
vusar ismayilov

“Erməni vandalizmi və barbarlığı Azərbaycanın işğal altında olmuş bütün torpaqlarında özünü göstərib”. Bunu Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov deyib.

Vüsar İsmayılovun sözlərinə görə, bütün kənd və qəsəbələrimizi, şəhərlərimizi xarabalığa çevirən ermənlər bununla öz milli xüsusiyyətlərini nümayiş etdiriblər: “Bir qədər əvvəl xarici TV-lərə verdiyi müsahibəsində erməni vandalizmini bir daha dünyaya nümayiş etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bildirmişdir ki, “Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər”.

Tam qətiyyətlə demək olar ki, Qarabağ torpağının təbii sərvətlərinin ermənilər tərəfindən vəhşicəsinə istismar edilməsi, ekoloji durumuna ağır zərbə vurulması, əraziləri xarabazarlıqla çevirmələri Ermənistanın həyata keçirdiyi vəhşilik siyasətinin göstəricisidir. Fikir verin, üç ölkə rəhbərinin 10 noyabr razılaşmasına əsasən Kəlbəcəri təhvil verəməli olan ermənilər rayonu işğal edərkən necə talançılıq, vandallıq etmişdirlərsə, çıxarkanda eyni ənənəni davam etdirirlər. 1993-cü ildə kəlbəcərlilər zorakılıqla öz doğma yurdlarından qovulub, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə yüzlərlə dinc sakin həlak olub, girov və ya itkin düşüb. O zaman erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Bu gün isə biz onlara qanusuz məskunlaşdıqları rayonu tərk etmək üçün 10 gün əlavə vaxt veririk. Bu Azərbaycan dövlətinin hümanistliyi, xeyirxahlığıdır”.

Vüsar İsmayılov onu da bildirib ki, ermənilər Kəlbəcəri tərk edərkən evləri yandırır, ağacları kəsir, meşə massivlərinə od vururlar: “Hətta Monastırı belə dağıtmğa cəhdlər göstərirlər. Bütün bunlar bir daha onu göstərir ki, ermənilərin düşüncələrində ciddi problemlər var və onların həqiqətən də, həkimə, psixoloqlara ehtiyacları var. Azərbaycan əsgəri düşməni ağır məğlubiyyə düçar etməklə yanaşı hümanistliyi, müharibə qanunlarına uyğun davranışı ilə də seçildi. Bir nəfərdə olsun Azərbaycan əsgəri tərəfindən hədəfə çevilmədi, mülki obyektlər zərər görmədi. Azərbaycan Ordusunun tarix yazdığı 44 günlük müharibə zamanı dünya ictimaiyyəti dövlətimizin humanist siyasətinin də, şahidi oldu. Azərbaycan ordusu Ali Baş Komandanın əmrinə əsasən Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, nəhayət Qarabağımızın incisi, Azərbaycanımızın qəlbi olan Şuşanı azad etdi. Ordumuzun əks həmlələri ilə erməni terrorçuları diz çökdürüldü, Paşinyan rejimini təslim olmağa, ağ bayraq qaldırmağa məcbur etdi”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin