Binəqədidə Dövlət Bayrağı Gününə həsr edilmiş şeir müsabiqəsi başlayır

0
bineqedi-gencler-evi

Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr edilmiş “Qansa qan, cansa can, yetər ki sən dalğalan!” mövzusunda onlayn şeir müsabiqəsinə start verilir.
Bineqedi.info saytı xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd ümumtəhsil məktəblərinin şagirdləri arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, yeniyetmələr və gənclər arasında dövlət atributlarının təbliği, istedadlı şagirdlərin bədii-qiraət sahəsində öz bacarıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.
Müsabiqədə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin 6-10, 11-13, 14-16 yaş qrupları üzrə şagirdləri iştirak edə bilərlər. Yekun qiymətləndirmədən sonra seçilən iştirakçılar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən təltif olunacaqlar.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin