Binəqədi polisləri komendant saatı və karantin rejimi ilə bağlı tədbirləri peşəkarlıqla həyata keçirirlər

0
bineqedi-rayon-polis-idaresi

Məlum olduğu kimi, sentyabrın 28-də saat 21:00-dan sonra Bakıda komendant saatı tətbiq edilib. Buna uyğun olaraq, paytaxt ərazisində, o cümlədən Binəqədi rayonu ərazisində polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə postlarda xidmətə təhkim ediliblər.

Bineqedi.info xəbər verir ki, paytaxtın Binəqədi rayonu ərazisində komendant saatı qaydalarına tam riayət olunması, qaydaları pozanların aşkarlanması istiqamətində Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları bütün tədbirləri həyata keçirirlər.

Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musayev Musa Oqtay oğlunun rəhbərliyi ilə komendant satının tələblərinə uyğun olaraq bütün tədbirlər peşəkarlıqla icra olunmaqdadır.

Belə ki, rayon ərazisində saat 06:00-a qədər xidmət aparan əməkdaşlar avtomobil və piyadalara nəzarət edirlər.

Binəqədi rayonu ərazisində qurulan postlarda da avtomobillər saxlanılaraq sürücü və sərnişinlərin sənədi yoxlanılır. Eyni zamanda avtomobillərin yük yerinə baxış keçirilir.

Binəqədi rayonu ərazisində qurulan postlarda təkcə avtomobillər deyil, həm də piyada gəzən şəxslər də saxlanılaraq yoxlanılır. Buraxılışı olmayan şəxslər polis bölməsinə aparılır.

Qeyd edək ki, xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmayan şəxslərin komendant satı müddətində küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib, xüsusi giriş-çıxış rejimi tətbiq edilib, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülür.

Binəqədi polisləri eyni zamanda koronavirusla mübarizə cəbhəsində də tədbirləri peşəkarlıqla icra etməkdədirlər. Belə ki, polis əməkdaşları COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilmiş xüsusi karantin rejiminə nəzarəti də bir an olsun belə unutmurlar.

Polislər vətəndaşlarımızın sağlamlıqlarının qorunması üçün koronavirusla mübarizədə bütün zəruri tədbirləri həyata keçirirlər.

Binəqədi polisləri də sutkanın istənilən vaxtında ehtiyacı olanlara kömək etmək, dayaq durmaq, xəstələrin tez və maneəsiz olaraq xəstəxanalara çatdırılması üçün əllərindən gələni əsirgəmirlər…

Qanunlara, komendant satı və karantin rejimi qaydalarına əməl etmək isə bizim hər birimizin borcudur.

BİNƏQƏDİ RAYON POLİS İDARƏSİ

 

Hikmət Həsənov, Bineqedi.info saytının baş direktoru

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin